Icma.az
close
up
RU
Terror üzərində möhtəşəm qələbə Kaspi nin TƏHLİLİ

Terror üzərində möhtəşəm qələbə Kaspi nin TƏHLİLİ

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Türkiyəyə qarşı təzyiqlərdə istifadə edilən PKK terror təşkilatı 50 ilə yaxın davam edən münaqişədən sonra özünün ləğvini elan edib. PKK yaydığı açıqlamada qrupun adı altında həyata keçirilən "bütün fəaliyyətlərin" başa çatdığını bildirib. Terror təşkilatının ləğvini elan edən gün isə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin Azərbaycana səfəri diqqət çəkir. Üstəlik, PKK-nın qərarı Bakıda mayın 8-də keçirilmiş Türkiyə-İsrail danışıqlarından sonraya təsadüf etdi. Prezident İlham Əliyevin mayın 13-də Yaşar Güleri və Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişi qəbul etməsi PKK-nın ləğvi kontekstində yaranmış geosiyasi mənzərədə Bakının mövqelənməsini qeyd edir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

PKK-ya qısa tarixi baxış

Türkiyə 50 ilə yaxındır ki, 1978-ci ildə Abdullah Öcalan tərəfindən qurulan, 1984-cü ildə açıq silahlı mübarizəyə başlamış PKK ilə müharibə aparır. Qurulduğu gündən bəri onminlərlə insanın həyatını itirməsinə səbəb olan terror təşkilatı marksist-leninçi və etnik separatçılıq ideologiyasına əsaslanır. Həyata keçirdiyi terror aktlarında mülki, hərbçi, polis, qadın və uşaqlar arasında fərqlər qoymayıb, cəmiyyətdə vahimə yaratmağa çalışıb. PKK terror təşkilatı, xüsusilə ölkənin cənub-şərqində yerləşənlər başda olmaqla, Türkiyənin turizm sənayesini, iqtisadi infrastrukturunu, təhsil müəssisələrini, səhiyyə ocaqlarını, dövlət müəssisələrini və özəl təşəbbüsləri hədəfə alıb. Təşkilat hədə-qorxu, silah və narkotik qaçaqmalçılığı kimi fəaliyyətlərlə məşğul olub.

Türkiyə hakimiyyəti 1999-cu ildə Abdullah Öcalanı Keniyada ələ keçirərək həbs edib.

Baxçalının tələbindən sonra

PKK ilə mübarizənin coğrafiyası tək Türkiyənin cənub-şərq regionunu deyil, Suriya, İraq, Livan ərazilərini də əhatə edib. Təşkilatın fəaliyyətinin ən azı 40 min insanın ölümünə səbəb olduğu təxmin edilir. PKK-nın təşkilatlanmış cinayət əməlləri üzrə dosyenin böyüməsi, ona Qərb ölkələrindən verilən dəstək Türkiyənin daha güclü mübarizə doktrinasına diqqət yetirməsinə gətirib çıxardı.

2024-cü ilin oktyabr ayında Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı PKK-nın ləğvi müqabilində Abdullah Öcalanın şərti azadlığa çıxa biləcəyini deyib. İmralıda həbsxanada olan Abdullah Öcalan 2025-ci ilin martın 1-də Bağçalının müraciətinə cavab verib. Bağçalı və Öcalanın ictimai fikir mübadiləsində PKK-nın ləğvi ilə bağlı həmfikir olmaları regiondakı silahlı kürd koalisiyaları arasında oyun qaydalarını dəyişdirdi. Daha sonra isə Türkiyə dövləti rəsmi olaraq Bağçalının təklifini və Öcalanın müraciətini dəstəkləyən açıqlamalar səsləndirdi. PKK-nın özünü tərk-silah etmək qərarı həmin proseslərin məntiqi davamı idi.

Möhtəşəm hadisə

PKK-nın ləğvi möhtəşəm hadisədir. Bu, terror təşkilatının üzərində qurulan ideoloji təməllərin, ərazi iddialarına əsaslanan silahlı mübarizələrin mahiyyət etibarilə köhnəldiyinə əsaslanır. Bu, həm Türkiyədə, həm də bütövlükdə dünyada dəyişən şərtlərdə türklərin və kürdlərin "hegemon güclərə" qarşı birlik içində dayanması istiqamətində irəliyə doğru yeni bir yoldur. Bu, Türkiyənin regional və qlobal təhlükəsizlik siyasətində daha effektiv vitrinə çıxacağını proqnozlaşdırmağa imkan verir.

Hadisələrə eyni zamanda Türkiyə ilə İsrail arasındakı gərginlikləri azaltmaq, tərəflər arasında münasibətlərin irəliləməsi yolundakı ümumi anlaşmanın tərkib hissəsi kimi baxmaq zərurəti də yaranır. Çünki Türkiyə ilə İsrail Suriyada Bəşər Əsədin devrilməsindən sonra Yaxın Şərqdə hərbi toqquşma həddinə qədər ritorika nümayiş etdirdilər. Suriyada nüfuz bölgüsü uğrundakı mübarizənin əlamətləri Türkiyə ilə İsrailin həm də silahlı kürd qruplarına fərqli yanaşmasının təzahürlərindən irəli gəlirdi. Azərbaycan Türkiyə ilə İsrail arasında barışdırıcı olmağa çalışır.

Azərbaycanın yeri

Prezidenti İlham Əliyev də PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib.

Dövlət başçısı "X" sosial şəbəkə hesabında bununla bağlı paylaşımında bildirib: "Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Qardaşımın bəyan etdiyi "Terrorsuz Türkiyə" hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir".

Prezident İlham Əliyev eyni mövqeni milli müdafiə naziri Yaşar Gülerlə görüşdə də təkrarlayıb. Azərbaycan üçün hadisənin əhəmiyyəti terrorizmə qarşı mübarizənin güclənməsi və regional təhlükəsizliyin təmin olunması baxımından qiymətləndirilə bilər. Bundan əlavə, İlham Əliyevin Azərbaycanın mövqeyini çevik və operativ ifadə etməsi Yaxın Şərqdə geosiyasi mənzərənin dəyişməsinin Cənubi Qafqazdakı balansa təsiri ilə bağlıdır. Şübhəsiz ki, PKK-nın ləğvi Türkiyənin daxili sabitliyini gücləndirərək, qardaş ölkənin Cənubi Qafqaza daha çox diqqət yetirməsinə şərait yaradır.

Azərbaycan sözsüz ki, bundan sonra cərəyan edə biləcək hadisələrin Türkiyə ilə strateji təhlilini aparır. Türkiyə milli müdafiə nazirinin və Təhlükəsizlik Şurasının baş katibinin Azərbaycana səfəri həmin məzmunda diqqət yetiriləsi məqamdır. Yəni söhbət ondan gedir ki, PKK özünü buraxsa da, verilən bəyanatda prosesin İraq, Suriya və İrandakı bütün qollarına şamil edilib-edilməyəcəyi, tərk-silah prosesinin necə həyata keçiriləcəyi açıqlanmayıb. Üstəlik, ABŞ-nin PKK-nın Suriya qanadı ilə bağlı necə hərəkət edəcəyi mövzusunda aydın əlamət və kriteriyalar yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 May 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri