Icma.az
close
up
RU
“İlham Əliyevin fərqi...”

“İlham Əliyevin fərqi...”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial mediada - ələlxüsus da həmin medianın postsovet sferasında İlham Əliyev haqda müsbət fikirlərə həddindən artıq çox rast gəlinir. Baş verən təyyarə qəzasından sonra cənab Prezidentin əsl vətənpərvərlik, kişilik nümunəsi göstərməsi, öz xalqının maraqları naminə gərəkən bütün cəsarətli addımları atması isə bu ətrafda aparılan müzakirələrin əsas predmetidir.

Bəli. Cənab belədir. O, illərdir dəyişmir və öz fenomen obrazının aydın cizgiləri ilə şəxsini də, bizləri də durmadan, dayanmadan ucaldır.

***

Siyasətdə ani, ixtiyari yanlış bəzən bir dövlətin, bir millətin faciəsinə səbəb ola bilər. Necə ki, uzağa getmədən, elə gözlərimizin önündə, Ukraynanın timsalında bunu görürük. Görürük və nəticə çıxarırıq. Üstəlik, fərqinə varırıq ki, 1992-də Azərbaycan hakimiyyətini zəbt edən siyasi qolçomaqlar da əslində bizi eyni aqibətə sürükləmək üçün görəvləndirilmişdilər...

Hə, deyə bilərsiz, Musayev yenə başladı. Amma inanın, bəzən ciyərim yanır, əllərim əsir, xalqın taleyi üzərində qumar oynayanlara ünvanlanaraq, üstəgəl uca səslə bağıraraq, “bu qədər olmaz!” söyləməyim gəlir...

Xatırlayırsızmı, 10 noyabrı? Hansı ki, həmin gün müharibə dayandı, üçtərəfli sənəd imzalandı, Ağdamın, Kəlbəcərin, Laçının bir güllə atılmadan geri qaytarılması ilə bağlı razılıq əldə olundu.

Radikallar deyirdi, bu addım şəhidlərimizin ruhuna təhqirdi və sona qədər davam etmək lazım idi...

Az müddət sonra 3 rayon bizim oldu. Sonra Xocavənd, Xocalı. Daha sonra 24 saatlıq anti-terror əməliyyatı, Xankəndi, rus sülhməramlıların gedişi....

Yəni, nə baş verdi? İlham Əliyev ən düz olanı etdi və öz nüfuzu, diplomatiyası, müdrikliyi sayəsində şəhid sayının 3 mindən azı 23 minə qalxmasının qarşısını aldı, bu masştab üçün son dərəcə minimum itki ilə döyüşdən qalib ayrıldı!

Qarşı tərəf isə - bir daha təkrarlayıram! – açıq mətnlə söyləyirdi ki, elə şey-zad yoxdur, milləti qırğına vermək lazımdır, “vabank” gedilməlidir, kortəbii şəkildə mübarizə aparılmalıdır...

Axırda üzr-filan oldumu? Olmadı! Radikallardan bu gün də soruşsan, qayıdarlar ki, deyirdik-deyirdik də, noolsun, ötdü-keçdi də..

Hara ötdü? Hara keçdi? Bu boyda səhvmi olar? Belə yanaşmamı olar? 20-30 min ailənin, insanın taleyinə eksperment predmeti kimi baxmaqmı olar?

***

Dünya siyasətində qərarlaşan liderləri təxminən bu şəkildə təsnif etmək mümkündür:

1) Fərdi xüsusiyyətləri, şəxsi keyfiyyətləri ilə deyil, məhz dövlətin gücü və resursları üzərindən nəzərə çarpanlar. (Məsələn, Makron. Tam idimsiz, mənasız bir siyasətçidir, amma ortalıqda beşlik dövlətlərdən biri olan Fransanın adı var deyə okeaniya dövlətlərinə qədər əl və dil uzada bilir)

2) Bəlli qüvvələr tərəfindən hakimiyyətə gətirilənlər və plastilin kimi yönləndirilənlər. (Məsələn, Paşinyan. Birbaşa “Soros”un əli ilə Ermənistana transfer olunub və hələ də eyni xəttin girovudur).

3) Mövcud vəziyyətlə real gücün balansını tapa bilməyənlər, “urra!” prinsipi ilə hərəkətlənənlər. (Məsələn, Saakaşvili. Şəxsən mənim qənaətimə görə cəsarətli siyasətçidir, istedadlıdır, fəqət qətiyyən realist deyil və bu səbəbdən də ard-arda fiaskolar yaşayır.)

4) Özündən daha çox kənar güclərə etibar edənlər, verilən vədlərə inananlar. (Məsələn, Zelenski. Düşünürəm, bu gün o, gec də olsa anlayır ki, Qərbin, Avropanın “fiti”nə getməklə ən böyük yanlışına yol verib və nəticədə lüzumsuz qurbana çevrilib)

Amma İlham Əliyev...Onun üslubu tam fərqlidir.

İlham Əliyev bütün həmlələrə qarşı siyasi müvazinəti tarazlayandan, öz gücünü və resursunu hesablayandan, dövlətini və xalqını bütün təhlükələrdən sığortalayandan sonra danışır və addım atır.

İlham Əliyev böyük qrossmeysterdir! O, şahmat taxtasında rəqib(lər)i məğlub edənə qədər ilk öncə situativ vəziyyəti nizamlayır, sonra orta xətdən irəli doğru addımlamaq istəyən Makron kimi “peşka”lara yerini göstərir, daha sonra xortumlu filləri, ördək yerişli atları zərərsizləşdirir, ardınca qəfil bir “Ferz!” əmri verərək nakdaun vəziyyəti yaradır və nəhayətində qarşısındakı ixtiyari şahı parlaq qələbə ilə “mat” edir...

İlham Əliyev ən sentimental, ən yumşaq halı ilə belə namərdləri bağışlamır və çox düz edir! Çünki gözəl anlayır ki, xəyanəti, xəmiri zibildən yoğrulanları görməzdən keçmək bu dünyanın gəlib-keçmiş ən yanlış işidir!

İlham Əliyev hakimiyyətin deyil, xalqının vurğunudur. Ona görə də bu xalqın mənafeyinə, marağına, torpağına, sərhədinə, təyyarəsinə toxunulan yerdə heç bir güzəştdən, humanistlikdən, müttəfiqlikdən söhbət gedə bilməz! – Kimin layiqli cavabı nədirsə, anındaca verəcək!

Nəhayət;

İlham Əliyev bizim baş tacımızdır və... inanın, bütün xoşbəxt günlərimizin, hər kəsin həsəd apardığı uğurlarımızın əsas sirri də məhz o tacı göz bəbəyimiz kimi qorumağımızda, ləyaqətlə daşımağımızdadır.

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Yanvar 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri