Icma.az
close
up
RU
İlham Əliyevin fikirləri Azərbaycanın qlobal transformasiyaya hazır olduğunu nümayiş etdirir

İlham Əliyevin fikirləri Azərbaycanın qlobal transformasiyaya hazır olduğunu nümayiş etdirir

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycanın qlobal transformasiyaya hazır, strateji baxışa malik dövlət olduğunu bir daha nümayiş etdirir.

BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O qeyd edib ki, Azərbaycanın enerji siyasəti uzun illər ərzində regional və qlobal sabitliyin təminatçısı kimi formalaşıb:

"Bu siyasət bu gün yeni məzmun kəsb edərək "yaşıl transformasiya" mərhələsinə daxil olur. Enerji diplomatiyasından "yaşıl gündəliyə" keçid ölkənin milli maraqlarına əsaslanan, praqmatik və uzaqgörən yanaşmasının məntiqi davamıdır.

Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı məqamlardan biri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi formalaşmış beynəlxalq imicidir.

Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr təkcə enerji ixracı marşrutları deyil, eyni zamanda, siyasi sabitlik və qarşılıqlı etimad platformalarıdır. Bu layihələr sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt enerji resurslarını siyasi təzyiq alətinə çevirməyib, bütün tərəfdaşlar qarşısında götürdüyü öhdəliklərə sadiq qalıb".

Ş.Seyidzadənin fikrincə, məhz bu yanaşma ölkəni etibarlı enerji təchizatçısı statusuna yüksəldib. Enerji diplomatiyası Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biri olaraq ölkəyə uzunmüddətli strateji üstünlüklər qazandırıb. Bu üstünlüklər bu gün "yaşıl keçid" prosesində yeni imkanlar yaradır.

Deputat vurğulayıb ki, ölkə başçısının müsahibəsində Azərbaycanın "yaşıl gündəliyinə" xüsusi yer ayrılması təsadüfi deyil:

"Dövlət başçısı açıq şəkildə bildirir ki, bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biridir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi bu siyasətin konkret təzahürüdür. Azad edilmiş ərazilərdə Günəş, külək və su enerji potensialının yüksək olması bu regionu "yaşıl energetika" üçün ideal məkana çevirir. Prezidentin qeyd etdiyi kimi, burada tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları enerji səmərəliliyini və ekoloji tarazlığı təmin edir".

Milli Məclisin üzvü onu da əlavə edib ki, Prezidentin müsahibəsi Azərbaycanın yeni qlobal gündəliyini aydın şəkildə ortaya qoyur.

"Bu, etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, "yaşıl transformasiya"nın fəal iştirakçısına çevrilməkdir. Strategiya ölkənin milli maraqlarını qoruyur, beynəlxalq nüfuzunu gücləndirir və qlobal çağırışlara cavab verən məsuliyyətli dövlət modelini formalaşdırır. Enerji diplomatiyasından "yaşıl transformasiya"ya uzanan bu yol Azərbaycanın XXI əsrdə qlobal sistemdə tutduğu mövqenin mahiyyətini əks etdirir. Bu yol davamlı inkişafın, beynəlxalq əməkdaşlığın və gələcək nəsillərə məsuliyyətin strateji ifadəsidir", - deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Yanvar 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri