Icma.az
close
up
RU
İlham Əliyevin milli mətbaut barədə sərəncamı YOL XƏRİTƏSİDİR

İlham Əliyevin milli mətbaut barədə sərəncamı YOL XƏRİTƏSİDİR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək.

Sərəncamda deyilir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırırb.

Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Modern.az-a açıqlamasında AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycan mətbuat tarixi üçün çox əhəmiyyətlidir:

“Bu sərəncam "Azərbaycan mətbuatının keçdiyi keşməkeşli yolla bağlı tədbirlərin keçirilməsi, verilən qiymət, Azərbaycan mətbuatının son illərdəki inkişaf istiqamətlərini tamamilə əhatə edir. Biz mətbuat işçisi olaraq bu sərəncamın imzalanması ilə bu fəxr edirik. Eyni zamanda bunu mətbuat sahəsində müəyyən qədər xidmətləri olan insanların əməyinin qiymətləndirilməsi hesab edirik”- D.İsmayılov deyib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə qeyd edib ki, Prezident İlham ƏliyevinSərəncamı mətbuatımızın ictimai fikir və dövlətçilik tariximizdə oynadığı rola dəyərin növbəti müstəsna nümunəsidir:

“Bu sərəncam, eyni zamanda, müstəqillik illərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin davamlılığının göstəricisidir. Belə yüksək dəyərə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm. Prezident sərəncamında mediamızın 44 günlük müharibə zamanı, müqəddəs Zəfərimizin əldə edilməsində xüsusi rolunun vurğulanması da sənədin mühüm xüsusiyyətlərindən biridir. Əlbəttə, sənəddə mətbuatın müstəqil dövlət quruculuğu xəttində, o cümlədən, ölkədə söz azadlığı və plüralizmin dərinləşməsindəki missiyasına dəyər verilməsi dəson dərəcə önəmlidir”.

“Onu da deyim ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı, həmçinin, yol xəritəsi mahiyyəti daşıyır. Sənəddə ölkəmizin qlobal informasiya məkanında təmsilçiliyi kimi mühüm vəzifədən, habelə dezinformasiya və sair bu sayaq mənfi meyillərlə mübarizənin vacibliyindən bəhs edilir. Düşünürəm ki, bütün bunlar jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağımızı optimallaşdırmağa imkan verir.

Əminəm ki, mediamız və jurnalistikamız üçün əlamətdar tarixlə bağlı imzalanmış mühüm dövlət sənədi bu böyük tarixə yüksək dəyərin ifadəsi baxımından yaddaqalan tədbirlərin keçirilməsi ilə yaddaşlarda qalacaq. Sərəncamda Mətbuat Şurasının da məsuliyyəti müəyyən edilib və Şura üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır”, - R.Məcid deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri