Icma.az
close
up
RU
İlham Əliyevin Qazaxıstana səfəri türk dünyasında birliyə yeni təkan verəcək” Deputat

İlham Əliyevin Qazaxıstana səfəri türk dünyasında birliyə yeni təkan verəcək” Deputat

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Qazaxıstana səfər edib. 

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Qazaxıstan Respublikasında Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərinə yüksək diqqət, dövlətlərimiz arasında yüksək dərəcədə möhkəmlik, qarşılıqlı etimad ilə xarakterizə olunan tarixi qardaşlığa, dostluğa, qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, İlham Əliyevin ifadə etdiyi kimi oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanan starteji tərəfdaşlıq, müttəfiqlik münasiblərinin bərqərar olunduğunu göstərməkdədir. 

"Bildiyiniz kimi, son 3 il ərzində Azərbaycan Prezidentinin Qazaxıstana 7, Kasım-Jomart Tokayevin isə ölkəmizə 6 səfəri baş tutub. Dövlət başçımızın Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində də ifadə etdiyi kimi, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələlərə operativ şəkildə həll etməyə, əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir. Təsadüfi deyil ki, ötən dövr ərzində siyasi, iqtisadi, ticarət, investisiya, mədəni, hümanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmi yaratmaq üçün hüquqi bazis rolunu oynayan 170-dən artıq sənəd imzalanıb və ikitərəfli münasibətlərimizin sağlam və qarşılıqlı faydalı meyillər üzrə inkişafı üçün əhəmiyyətli normativ bazis formalaşıb. Ölkələrimiz arasında əməkdaşlıq praktik səviyyədə də kifayət qədər uğurla davam edir. Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-ə yaxın kommersiya strukturu qeydə alınıb və bu ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığınən spektrinin çox geniş olduğunu göstərməkdədir".

Deputat əlavə etdi ki, Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika əməkdaşlığı yalnız iqtisadi artımda ehtiva olunan ikitərəfli əməkdaşlıq hesab edilə bilməz, bu, bütövlükdə regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan və Orta Dəhlizin vacib seqmenti kimi çıxış edən meyara çevrilib.

"Dövlət başçımızın "Kazinform"a müsahibəsində də ifadə etdiyi kimi, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində aparıcı müstəvi isə, heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır və bu platforma bizə istər Azərbaycan-Qazaxıstan, istərsə də bütün türk dövlətləri ilə mədəniyyət, hümanitar və təhsil sahələrində əməkdaşlığın sistemli və ardıcıl xarakterdə davam etdirilməsinə, o cümlədən siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və bütövlükdə hümanitar əməkdaşlığın inkişafı üçün önəmli rol oynamaqdadır. Bu mənada Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərinə istər aidiyyəti dövlət strukturları, istərsə də media, həmçinin vətəndaş cəmiyyəti institutlarının xüsusi marağı başa düşüləndir və ölkələrimiz arasında getdikcə dərinləşən qardaşlıq münasibətləri fonunda, heç şübhəsiz ki, qazax xalqı Azərbaycanla münasibətlərə milli maraqların və mənafelərin zəruri şərti kimi baxmaqdadır" , - deyə millət vəkili sonlandırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri