Icma.az
close
up
RU

İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən icazəsiz qazanıldığı üçün... Zahid Oruc

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"1927-ci ildən başlayaraq nüfuzlu “Time” jurnalı "İlin Adamı" mükafatını təqdim edir. Bu mükafatın 100 illik tarixində Franklin Ruzvelt, İosif Stalin, Çan Kayşi kimi liderlərlə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən dövlət başçılarının adları da var. Lakin bizi bu seçimin meyarlarından çox, SSRİ-nin dağılmasında və yeni dünya təhlükəsizliyinin qurulmasında mühüm rol oynayan Qarabağ münaqişəsini həll etmiş bir liderin ədalətli dəyərləndirilməsi düşündürür".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növləti plenar iclasında bildirib.

"1989-cu ilin 25 dekabrında "Newsweek" jurnalı üz qabığını "İlin xalqının azadlığı üçün ayağa durun" sərlövhəsi ilə bəzəyərək azərbaycanlıları dünyaya nümunə göstərmişdi. Lakin bu jestin məqsədi millətimizin müstəqillik mübarizəsinə dəstəkdən çox, Sovet İttifaqının süqutuna təkan vermək idi. Cəmi üç il sonra nəinki Amerika mediası, həm də qlobal Qərb mətbuatı xalqımızı ermənilərə qarşı milli-dini cinayətlərdə ittiham edərək ona qarşı sanksiyalar tətbiq edilməsini tələb etdi".

Millət vəkili deyib ki, uzun illər meydanlarda millətin gələcəyini istismar edənlər "Newsweek" jurnalının həmin qərarını öz nailiyyətləri kimi təqdim etdilər:

"Nəticədə "ilin xalqı" statusu bir milyonluq köçkünlərə, çadırlar və çiy kərpiclər diyarına çevrildi. 2022-ci ildə isə eyni üsulla Konqres, Bundestaq və Senat binalarında alqışlanan Vladimir Zelenski Çörçildən daha böyük lider elan edildi. Lakin bu, ukraynalı xalqın məğrur taleyini məhv edib onları didərgin salmaq və ölkələrini xarabalığa çevirməkdən başqa bir nəticə vermədi.

Buna qarşı Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünya miqyaslı titul və ya ad iddia etmədən öz xalqının xilaskarı kimi çıxış etdi. O, BMT-nin qərarını yerinə yetirən, daha sonra Baş Katibi qalibiyyət paytaxtına gətirən yeganə lider oldu. İlham Əliyev qlobal layları tərpətməyi bacardı və ölkənin qələbəsini xarici güclərin təsiri olmadan qazandı".

Zahid Orucun sözlərinə görə, bu səbəbdən biz “Time” jurnalından İlham Əliyevi və Azərbaycan xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik: Çünki bu qələbə Ağ Ev, Yelisey və Brüsseldən icazə alınmadan əldə olunub. Qlobal müharibə tərəfdarları və onların media şəbəkəsi İlham Əliyevə qarşı çirkli kampaniya apararaq Azərbaycanın tarixi zəfərini ləkələməyə çalışır. Qorxurlar ki, İlham Əliyev ilin adamı elan edilsə, o, əsarətə və işğala məruz qalan xalqlar üçün lider nümunəsinə çevrilər və dünya xalqları üçün yeni bir simvol olar.

Zəfərdən sonra müxtəlif qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsi çərçivəsində bir araya gətirən İlham Əliyev dünyadakı siyasi böhranlara və nüvə təhlükəsinə qarşı sülhə çağırış edir. Bu tarixi qələbə Azərbaycan xalqını yalnız indi, çoxəsrlik məğlubiyyətlər və köçkünlük tarixini aşaraq, dünyanın ən önəmli xalqına çevirdi.

Türk dünyası, müsəlman aləmi və ədalət tərəfdarı olan hər bir şəxs Azərbaycanın Qələbəsini öz qələbəsi saya bilər. Əsl “Time” yalnız bir ilin deyil, bir əsrin Lideri olmaqdır!"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri