Icma.az
close
up
RU
“İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən icazəsiz qazanıldığı üçün...” Zahid Oruc AzPolitika onlayn siyasiictimai qəzet

“İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən icazəsiz qazanıldığı üçün...” Zahid Oruc AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Orucun Milli Məclisin bugünkü iclasındakı çıxışını təqdim edirik:

1927-ci ildən başlayaraq, nüfuzlu “Time” jurnalı "İlin Adamı"nı elan edir. 100 illik mükafatçılar sırasında Ruzvelt, Stalin, Çan Kayşi və onlarla dövlət rəhbərləri ilə yanaşı, İraka və Əfqanıstana qoşun yeridən liderlərin də adları var. Lakin bizi çoxmilyonlu dərginin əsaslandığı seçimin meyarları deyil, SSRİ-nin dağılmasında və yeni dünya təhlükəsizliyinin qurulmasında müstəsna rol oynayan Qarabağ konfliktini həll edən bir Liderə ədalətli qiymətin verilməsi düşündürür.

Yaxşı xatırlayırıq ki, 1989-cu ilin 25 dekabrında “Newsweek” jurnalı üz qabığını “İlin xalqının azadlığı üçün ayağa durun” sərlövhəsi ilə bəzəyərək, azərbaycanlıları dünyaya nümunə göstərmişdi. Əlbəttə, məqsəd əsla millətimizin müstəqillik mübarizəsinə dəstək deyil, Sovetlər Birliiynin dağılmasına təkan vermək idi. Cəmi 3 il sonra nəinki Amerika mediası, o cümlədən, qlobal Qərb mətbuatı xalqımızı ermənilərə qarşı çoxsaylı milli-dini cinayətlərdə ittiham edərək, ona qarşı sanksiyalara çağırırdılar.

Uzun illər meydanlarda millətin gələcəyini istismar edənlər “Newsweek” jurnalının üzünü görmədikləri qərarını öz nailiyyətləri kimi təqdim edərək, “ilin xalqı”nı bir milyonluq köçkünə, ölkəsini çadırlar və çiy kərpiclər məmləkətinə çevirdilər. 2022-ci ildə də eyni üsulla Konqres, Bundestaq və Senat binalarında şərəfinə titutllu sözlər və mükafatlar yağdırılan Vladimir Zelenskini Çörçildən böyük elan edib məğrur ukrayna xalqını didərginə, ərazisini xarabazarlığa çevirdilər.

Ona görə Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünyəvi ada, titula iddia etmədən, öz millətinin xilaskarı kimi çıxış edərək, qlobal layları tərpətməyi bacardı. BMT qərarını həyata keçirib sonra Baş katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu.

Ona görə də biz “Time” jurnalının Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik. Lakin İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır. Qələbəmizi əlimizdən almağa, mümkün olmadıqda onu ləkələməyə çalışanlar qorxurlar ki, İlham Əliyevi “ilin adamı” elan etsələr, əsarətə və işğala məruz qalan bütün xaqlara lider nümunəsi, millətlərə parlaq simvoil verərlər.

Zəfərdən sonra bütün qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsinə toplayan dövlət başçısı dünyadakı siyasi böhranlara və nüvə təhülkəsinə yol verməmək üçün hamını sülhə çağırır.

Bəli, azərbacanlılar 1989-cu ildə deyil, məhz indi, çoxəsrlik məğlubiyyət və köçkünlük tarixini yendikdən sonra dünyanın bir nömrəli xalqına çevriliblər. Türk dünyası, müsəlman aləmi, nəhayət, ədalət tərəfdarı olan hər bir insan Qələbəmizi özününkü saya bilər.

Əsil “Time” - bir ilin deyil, bir əsrin Lideri olmaqdır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri