Icma.az
close
up
RU
“İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

“İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.”

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən bildirib.

Deputat qeyd edib ki, müsahibə müasir Azərbaycan dövlətçilik modelinin mahiyyətini, prioritetlərini və gələcəyə yönəlik strateji xəttini açıq şəkildə ortaya qoyur:

"Həyata keçirilən siyasət situativ qərarlara deyil, uzunmüddətli planlamaya, milli maraqlara və Azərbaycan vətəndaşının rifahına əsaslanır".

Millət vəkili prezidentin ifadə etdiyi əsas prinsipin – “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – son illərin bütün sosial-iqtisadi qərarlarının ideoloji əsasını təşkil etdiyini diqqətə çatdırıb. O bildirib ki, sosialyönümlü siyasət investisiyayönümlü inkişafla paralel aparılır və bu iki istiqamət arasında qorunan tarazlıq ölkənin dayanıqlı inkişafını təmin edir.

V.Qafarov son 20 ilin statistik göstəricilərinə istinad edərək minimum əməkhaqqının 40 dəfədən çox artırılması, maaşların, pensiyaların və sosial müavinətlərin mütəmadi indeksləşdirilməsinin həm sosial, həm də iqtisadi siyasətin nəticəsi olduğunu qeyd edib.

Deputat xüsusilə son yeddi ildə icra olunan 5 sosial islahat paketinin 4 milyondan artıq vətəndaşı əhatə etdiyini qeyd edərək dövlətin sosial məsuliyyətini sistemli və ardıcıl şəkildə həyata keçirdiyini vurğulayıb.

O, həmçinin işğal dövründə belə sosial öhdəliklərin yerinə yetirilməsini prezidentin siyasətinin humanist xarakteri kimi dəyərləndirib:

"Yüz minlərlə məcburi köçkünün yeni evlərlə təmin olunması, 100-dən artıq yaşayış şəhərciyinin salınması və təhsil-infrastrukturun prioritet saxlanması dövlətin vətəndaşlarına olan məsuliyyətini göstərir.

On minlərlə ailənin mənzil və avtomobillərlə təmin olunması, yüzlərlə qazinin müasir protezlərlə normal həyata qaytarılması Azərbaycanın sosial siyasətinin miqyasını ortaya qoyur".

Deputat azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərini strateji əhəmiyyət kəsb edən layihələr kimi qiymətləndirib.

"Müsahibədə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ayrıca strateji xətt kimi təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi inkişaf sisteminə inteqrasiyası məqsədilə yaradılan nəqliyyat, enerji və su infrastrukturu bu bölgələrin uzunmüddətli yaşayış və iqtisadi fəallıq məkanına çevriləcəyini göstərir. Dairəvi enerji sisteminin qurulması, su anbarlarının bərpası, onlarla tunelin və min kilometrlərlə yolun inşası yalnız bugünkü ehtiyaclar üçün deyil, gələcək nəsillər üçün hesablanmış strateji yatırımlardır.

Xüsusilə yol-nəqliyyat və dəmir yolu infrastrukturu ilə bağlı görülən işlər ölkədaxili mobilliyi artırmaqla yanaşı, regionlararası balanslı inkişafın əsasını qoyur. Prezidentin vurğuladığı kimi, məqsəd insanların yalnız paytaxta axınının qarşısını almaq, regionlarda da layiqli yaşayış və məşğulluq imkanları yaratmaqdır. Bu, müasir regional inkişaf modelinin əsas fəlsəfəsidir",- deyə o, əlavə edib.

V.Qafarov Zəngəzur dəhlizi layihəsini Azərbaycanın regional və qlobal miqyasda artan strateji çəkisinin göstəricisi kimi qiymətləndirib və bildirib ki, bu dəhliz Avrasiya məkanında yeni iqtisadi və geosiyasi reallıqlar yaradır.

Deputat yekun olaraq vurğulayıb ki, İlham Əliyevin müsahibəsi güclü dövlət, məsuliyyətli hakimiyyət və rifahlı cəmiyyət modelinin parlaq təqdimatıdır və Azərbaycan inkişaf yolunda ardıcıl strategiya və milli maraqlara əsaslanan siyasətlə irəliləyir.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri