Icma.az
close
up
RU
İlham Əliyevin arxasında bütün mərd Azərbaycan xalqı dayanır

İlham Əliyevin arxasında bütün mərd Azərbaycan xalqı dayanır

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bəli, bu gün biz ölkədə aşkar həqiqətləri gördük. Əslində, bu həqiqətlər çoxdan siyasi bilikləri olan insanlara agah idi. Lakin bəzən gizli saxtakarları üzə çıxarmaq üçün bu həqiqətlər aşkar olsa belə, təbliğat ictimai qaydada aparılmır ki, həmin siyasi saxtakarlar və namərdlər üzə çıxsın. Bu, dövlətin müvafiq qurumlarının peşəkarlığına və Vətənə olan bağlılığına dəlalət edir. Aşkar həqiqətlər, yəni reallıqların üzərinə çəkilmiş yalan pərdəsini bu gün dövləti idarə edən mükəmməl siyasi düşüncə cırdı. Bu pərdəni çoxdan cırmaq olardı ki, onun arxasında gizlənən xalq düşmənlərini hamı tanısın. Düzdür, zaman-zaman bu istiqamətdə çoxlu peşəkar siyasi addımlar atılıb. Ölkənin birinci şəxsi tərəfindən də bu barədə diplomatik tərzdə, dövlətçilik prinsiplərinə sadiqlik prizmasından müəyyən ifadələr işlədilib. Məsələn, bəzilərinin manipulyasiya cəhdləri…
Bu fikri çox açıqlamaq istəmirəm, çünki o pərdənin arxasındakılar hələlik aydın projektorların işığında görünməkdən yayına bilirlər. Həmin siyasi manipulyatorlar cəmiyyətin gözündə aşkar həqiqətləri gizlətmək üçün məhz öz aləmlərində məqsədli boşluqlardan istifadə etdilər. Lakin bu boşluqlardan kimin əslində “boş” və namərd olduqlarını aşkarlamaq üçün həmin addımlar atıldı. Gizli, namərd və xəyanətkar siyasət üzərində qurulmuş dayaqlar isə məhv oldu, ifşa edildi. Elə buna görə də cəmiyyət o namərdlərə heç vaxt inanmadı. Siyasətdə bəzən aydınlıq deyil, kölgə yaradırlar ki, o kölgədə gizlənənlər rahat nəfəs alsınlar. Nəticədə isə xalqın qisası onları əbədi kölgəyə vasil edir. Bu namərdlər bilərəkdən yalan və yanlış məlumatları, dezinformasiyaları ilə millətə kifayət qədər zərbələr vurublar. Bu saxtakarlıqları həyata keçirən saxtakarları isə “baş saxtakar” o qədər arxayın edib ki, onlar bütün həqiqətləri inkar ediblər.
Dəyərli soydaşlar, Ramiz və onun kimi siyasi “şeytanoviçlər” Qarabağ məsələsində ortaya qoyduqları mövqeləri ilə bəzən kölgədən hoppanıb günəşə çıxmağa çalışsalar da, günün işığına özlərini əbədi həsrət qoydular. Yaddaşımızı təzələyək: 2022-ci ilin 12-14 sentyabr tarixlərində keçirilən döyüşlər zamanı ordumuzun müvafiq tədbirlərini kiçiltmək və gözdən salmaq üçün “haqlı ikən haqsız duruma düşdük” kimi ifadələr işlədənlərin mövqeyi Ramizin mövqeyi ilə üst-üstə düşdü. Xaricdə olan dövlət düşmənlərinin apardığı təbliğatı xatırlayaq eyni ssenari orada da açıq şəkildə görünürdü. Bu, dövlətə qarşı edilən açıq namərdlikdir. Amma Cənab Prezidentin yanında ola-ola, sənə göstərilən hörməti və diqqəti nəzərə almadan, vicdansızcasına belə bir namərdlik etmək , əqidə yoldaşına, dostuna qarşı edilə biləcək ən çirkin xəyanətdir. Bu xətti vaxtında dəstəkləyənlər isə şərəfsiz namərdlərdir.
Beyin haqqında hər şeyi bilsək belə, onun daxilində baş verən prosesləri tam anlamaq çox çətindir. Bu səbəbdən korrelyasiyaya, yəni iki və ya daha artıq təsadüfi hadisə arasındakı statistik əlaqələrin araşdırılmasına ehtiyac yaranır. Bu hadisələri dərindən araşdırmaq və anlamaq isə uzun və mürəkkəb bir prosesdir. Əgər bu gün kimsə “Niyə məhz indi baş verdi?” sualını verirsə, deməli, ya o, həmin təsadüfi dəyişənlərin komandasındandır, ya da bu prosesləri dərk etməyən sadə vətəndaşların toruna düşənlərdəndir. Toruna düşənlərə müəyyən güzəştlər etmək olar amma yalnız bu hadisədən dərs çıxarmaq şərti ilə. Hər bir insanın varlığının mənəvi tərəfi var. Lakin namərdlərin mənəviyyatı olmadığı üçün onlar mənəvi dəyərləri ayaq altına atıb tapdalayaraq məhv etməyə çalışırlar ki, özləri üçün münbit şərait yaratsınlar.
Peşə etikası deyilən bir anlayış var. Bu, əslində biliklə vicdanın birliyidir. İndi siz deyin, bu insanlarda etika, vicdan, elm olubmu?... Təbii ki, olmayıb. Çünki bu dəyərlər sədaqət, vətənpərvərlik, məsuliyyət, dürüstlük və ədalət tələb edir. Ramiz və onun ətrafında cəmləşənlərin heç birində bu keyfiyyətlər mövcud olmayıb. Əxlaqi dəyərlərdən uzaq olan bu namərdlərə heç bir güzəşt edilməməlidir. Bu, mənim və mənə inanan insanların açıq tələbi və xahişidir.
Bəli, bu gün aparılan araşdırmalara və hüquqi qiymətin verilməsinə dövlət emosional yox, təmkinli, prinsipial və institusional nizamla yanaşır. Bu isə bizim dövlətimizin etibarlı əllərdə olduğunu və onun qüdrətini bir daha sübut edən bariz nümunədir.
Əziz soydaşlar, sosial şəbəkələrdə müxtəlif ritorikalarla danışan və münasibət bildirənlər var. Amma biz dövlətini sevən, onu qoruyan, şəhidlərimizin xatirəsinə ehtiramla yanaşan, qazilərimizin hörmətini uca tutan və mərdlik nümayiş etdirən hər bir vətəndaş məhz bu siyasi düşüncənin yanında olmalıyıq. Çünki o düşüncə bizi azad etdi, o düşüncə bizi bütövləşdirdi, o düşüncə bizi bütün dünyada qürurlu millət və müdrik xalq kimi tanıtdı.
Bu gün İlham Əliyevin arxasında bütün mərd Azərbaycan xalqı dayanır. Namərdlərin arxasında isə çaqqallar var, qoyun o çaqqallar ulasınlar! Onlar siyasi tələyə özləri düşdülər. Xəyanətkar, satqın və vicdansızların o tələdən çıxmaq üçün artıq heç bir şansı qalmayıb.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri