Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Deputat: Azərbaycanın uğurlarının mərkəzində İlham Əliyevin liderliyi dayanır

Deputat: Azərbaycanın uğurlarının mərkəzində İlham Əliyevin liderliyi dayanır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində mühüm məsələlərə toxunaraq, bir daha ölkəmizin regional və beynəlxalq siyasətdəki aparıcı mövqeyini dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər regionun gələcəyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın strateji əhəmiyyətinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu, yalnız milli maraqların ifadəsi deyil, eyni zamanda regional sabitlik və əməkdaşlıq üçün yol xəritəsi xarakteri daşıyır".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, beynəlxalq arenada siyasi və iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bütün bu proseslərin dəqiq və düzgün analiz edilib yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir:

“Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycanın uğurlarının mərkəzində Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, liderlik bacarığı və hadisələrə dərin yanaşması dayanır. Liderlik yalnız qərar vermək deyil, həm də mürəkkəb beynəlxalq münasibətlər sistemində düzgün mövqe sərgiləməkdir. Dövlət başçımız məhz bu mövqeyi ilə ölkəmizi həm regional, həm də qlobal miqyasda söz sahibi olan güclü dövlətə çevirib”.

S. Salmanova söyləyib ki, Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla avqustun 8-də Vaşinqtonda baş tutan görüşü Cənubi Qafqazda müharibə mərhələsinin başa çatması kimi dəyərləndirib:

“Azərbaycan öz gücü, iradəsi və milli birliyi sayəsində beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edib. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzunmüddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım olacaq. Həmin sənəddə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdırmaq öhdəliyini öz üzərinə götürüb.

Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Dövlətimizin başçısı bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, ‘Vaşinqtonda imzalanan sənədlər bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil’. Həmin razılaşmanın Ermənistan tərəfindən pozulması isə bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə ölkəmizin xeyrinədir. Prezidentimizin bəyan etdiyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.

Deputat həmçinin bildirib ki, Azərbaycan lideri müsahibəsində toxunduğu mühüm mövzulardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır:

“Dövlətimizin başçısının açıqlamaları göstərdi ki, bu məsələ Azərbaycanın regional siyasətində həlledici prioritetlərdən biri olaraq qalır. 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas tələblərindən biridir. Bu, sadəcə infrastruktur layihəsi deyil, strateji təhlükəsizlik, milli birliyin təmin olunması və regionun iqtisadi inteqrasiyası üçün həyati əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan vətəndaşlarının ölkənin əsas hissəsindən Naxçıvana maneəsiz və təhlükəsiz gediş-gəlişi təmin edilməlidir. Prezidentimizin dediyi kimi, yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil:

‘Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur’.

S. Salmanova hesab edir ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük strateji faydalar vəd edir:

“Bu layihə Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi ilə yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına da mühüm töhfə verəcək. Eyni zamanda, bu, regionun iqtisadi inteqrasiyasını gücləndirəcək, əməkdaşlıq imkanlarını artıracaq və yeni geosiyasi reallıq yaradacaq”.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri