Icma.az
close
up
RU
İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanır Deputat

İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanır Deputat

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin pensiyaların indeksləşdirilməsi ilə bağlı verdiyi sərəncam insanlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Redaktor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır və dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

“Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanır və dövlət başçısının imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam da dövlətin sosial siyasətinin daha bir bariz nümunəsidir. Bu sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Ölkəmizdə həyata keçirilən sosial islahatların prioritet istiqamətlərindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

Bu sərəncam da sosial islahatların davamıdır və pensiyaların artımını təmin edəcək. Belə ki, sərəncamla 2025-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə artırılacaq və artımlar bu ilin 1 yanvar tarixindən tətbiq olunacaq. Bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, digər bir mühüm məqam ondan ibarətdir ki, pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir:

“Uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür. Qlobal böhranlara, pandemiya və digər hadisələrə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə təxirə salınmır, əksinə əhalinin bu hadisələrin təsirindən qorumaq üçün əlavə sosial paketlər həyata keçirilir. 2025-ci ildə də sosial istiqamətdə yönəldilən xərclər artırılıb.

Belə ki, büdcənin 40 faizdən artıq hissəsi sosialyönlü xərclərə yönəldiləcək və 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək. Bütün bu tədbirlər vətəndaşlarımızın rifah halının yüksəldilməsinə imkan verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Fevral 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri