Icma.az
close
up
RU
İlham Əliyevin uzaqgörən siyasəti ilə icra olunmuş beynəlxalq dəhlizlərə maraq artır ANALİZ

İlham Əliyevin uzaqgörən siyasəti ilə icra olunmuş beynəlxalq dəhlizlərə maraq artır ANALİZ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizin ərazisndə yaradılmış Şərq-Qərb nəqliyyat dəhlizi Çindən çıxan yüklərin Avropaya qədər daha da az vaxta daşınmasına yol açır

Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir sıra mühüm mətləblərə toxunub.

Dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri, Azərbaycanın şaxələnmiş xarici siyasəti və Orta Dəhlizin potensialından da bəhs edib.

Bir-birinə strateji tərəfdaş kimi yanaşan və qarşılıqlı maraqlarını ön plana çəkən Azərbaycanla Çin arasında münasibətlər son illər xüsusən iqtisadi və ticarət sahəsində daha da inkişaf etməkdədir. Prezident İlham Əliyev də müsahibəsində Çin və Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkib: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.”


Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a bildirib ki, dövlət başçımızın qeyd etdiyi kimi Axərbaycan Çin münasibətləri strateji tərəfaşlıq səviyyəsinə qalxıb:


"Azərbaycan Çinin elan etdiyi Bir kəmər bir yol layihəsinə qoşularaq ölkə ərazisndə inşa etdiyi nəqliyyat dəhlizləri ilə töhfə verib. Ölkəmizin ərazisndə yaradılmış Şərq-Qərb nəqliyyat dəhlizi Çindən çıxan yüklərin Avropaya qədər daha da az vaxta daşınmasına yol açır. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə icra olunmuş beynəlxalq dəhlizlərə bu gün maraq artır. Bu da mövcud dəhlizlərin genişləndirlməsini aktuallaşdırıb. Belə ki, Beynəlxalq  Ticarət Limanın yükaşırma gücü 15 milyon tondan 25 milyon tona artırılır. Həmçinin  BTQ dəmir yolu genişləndilərək yük keçirmə  qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırılıb".


Parlamentari vurğulayıb ki, məqsədimiz təkcə tranzit nəqliyyat daşımalardan gəlir götürmək deyil, həm də nəqliyyat dəhlizləri üzərində yeni müəssiələr yaratmaqla iqtisadiyyatımızı gücləndiririk:

"O, cümlədən, Xəzər dənizin dibi ilə çəkiləcək Yaşıl dəhliz layihəsinə Çinin də qoşulacaq və Qara dənizin dibi vasitəsilə çəkiləcək dəhlizlə  ümumi Yaşıl dəhliz layihəsi də  Avropaya qədər uzanacaq. Azərbaycan  Çinlə yaşıl günədliyin inkişaf etdirlməsində də yaxından əməkdaşlıq edir. Belə ki, günəş və külək elektrik stansiyaları üçün texnologiyalar Çindən idxal olunur. Bu isə ölkəmizin yaşıl enerji potensialının reallaşdırmasına dəstək verir. Ümumiyyətlə Azərbaycanın Çin vətəndaşlara vizasız  keçidin yaradılması Çindən ölkəmizə turist axınını sürətləndirəcək və xalqlarımızn da bir-birinə yaxınılaşmasına yol açacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Fevral 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri