Icma.az
close
up
RU
Prezident İlham Əliyevin uzaqgörən siyasəti: Azərbaycanın qələbə və nüfuz salnaməsi

Prezident İlham Əliyevin uzaqgörən siyasəti: Azərbaycanın qələbə və nüfuz salnaməsi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 oktyabr, AZƏRTAC

Müasir dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlətimizin beynəlxalq arenada qazandığı etimad və nüfuz, eləcə də regionda formalaşdırdığı yeni reallıqlar bir şəxsiyyətin – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən və prinsipial siyasətinin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov deyib.

Rektor bildirib ki, Azərbaycanın iqtisadi gücünün artması, ordu quruculuğunun diqqətdə saxlanılması, dövlət idarəçiliyində şəffaflığın prioritet olması Prezident İlham Əliyevin siyasi xəttinin əsas istiqamətlərindəndir. Məhz bu sabit və düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycan regional və qlobal miqyasda söz sahibidir.

Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti hər zaman milli maraqlara əsaslanıb. Dövlət başçısının ardıcıl və düşünülmüş xarici siyasət strategiyası sayəsində Azərbaycan öz mövqeyini beynəlxalq arenalarda qətiyyətlə bildirir, diplomatik sahədə bərabərhüquqlu tərəfdaşlıq nümayiş etdirir.

Bu siyasətin nəticəsində Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlər qurub. Dövlət başçısının hər zaman səsləndirdiyi “Milli dəyərlər hər şeydən üstündür!” fikri bu gün Azərbaycanın diplomatik uğurlarının əsas dayağına çevrilib.

2020-ci ilin payızında Prezident İlham Əliyevin qətiyyətli iradəsi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də müdrik siyasi strategiyanın, xalq-ordu-dövlət birliyinin təntənəsi idi.

Müzəffər Ali Baş Komandan beynəlxalq təzyiqlərə, diplomatik manipulyasiyalara və informasiya müharibələrinə baxmayaraq, öz yolundan dönmədi, torpaqlarımızın azad olunmasını təmin etdi. Bu gün regionda yaranmış yeni reallıqlar – Zəngəzur dəhlizinin açılması perspektivi, enerji və nəqliyyat layihələrinin genişlənməsi – məhz İlham Əliyevin uzaqgörən siyasətinin davamıdır.

Ötən ilin sonu baş verən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması beynəlxalq miqyasda ciddi rezonans doğurdu. Hadisə həm Azərbaycan ictimaiyyətində, həm də beynəlxalq aləmdə təəssüf və narahatlıqla qarşılandı.

Lakin Azərbaycan dövlətinin prinsipial mövqeyi, Prezident İlham Əliyevin qətiyyətli diplomatik addımları nəticəsində bu məsələ qısa müddətdə siyasi və hüquqi müstəvidə həllini tapdı.

Oktyabrda Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə hadisənin “səhvən baş verdiyinin” etiraf edilməsi Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin və dövlət nüfuzunun parlaq təzahürüdür.

Bu fakt bir daha sübut etdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlərdə söz sahibi, ədalətli və qətiyyətli tərəfdaş kimi qəbul olunur. Heç bir hadisə, istənilən dövlətlə münasibətlərdə belə, Azərbaycanın suverenliyinə xələl gətirə bilməz.

Prezident İlham Əliyevin siyasi kursu bu gün dövlət maraqları, milli birliyimiz və beynəlxalq nüfuzumuzun qorunması prinsiplərinə əsaslanır. O, hər zaman xalqın etimadını qazanmış lider kimi həm regional, həm də qlobal arenada Azərbaycanın maraqlarını cəsarətlə müdafiə edir.

44 günlük müharibədə qazanılan Qələbə, iqtisadi yüksəliş, diplomatik münasibətlərin ağıllı idarə olunması və beynəlxalq arenada müşahidə olunan son proseslər Prezident İlham Əliyevin müstəqil, güclü diplomatiyasının davamlı uğurlar gətirdiyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizi regionun lider dövlətinə çevirib. Dövlət başçısının uzaqgörən və prinsipial addımları nəticəsində bu gün Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq platformasının mərkəzində dayanır.

Bu, həm Prezident İlham Əliyevin siyasi iradəsinin, həm də Azərbaycan xalqının birliyinin və dövlətimizin nüfuzunun parlaq təzahürüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri