Icma.az
close
up
RU
İlham İsmayıl: Tramp Putinə olan münasibətini Zelenskiyə göstərmir

İlham İsmayıl: Tramp Putinə olan münasibətini Zelenskiyə göstərmir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alyaska görüşünün nəticələri Rusiyanın xeyrinədir



“ABŞ prezidenti Ukrayna ilə bağlı 7 ay bundan öncə başladığı birmənalı yanlış taktikanı bu gün də davam etdirir”


Avqustun 15-də Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri - Donald Tramp və Vladimir Putin görüşdülər. Görüş vaxtilə rusların ABŞ-yə satdığı Alyaskanın Ankoriç şəhərində keçirildi. 3 saat çəkən görüşdə nəticə əldə olunmasa da, liderlərin açıqlamaları müsbət olub. Rusiya Prezidenti Vladimir Putin danışıqların qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdiyini söyləyib. Tramp da görüşü yüksək qiymətləndirib. "Alyaskada gözəl və çox uğurlu gün oldu" deyən Tramp rus həmkarı ilə görüşün çox yaxşı keçdiyini söyləyib: "Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolu sadəcə atəşkəs razılaşması deyil, müharibəyə son qoyacaq sülh razılaşmasına birbaşa keçməkdir". Donald Trampın atəşkəs razılaşmasının imzalanmasından çox, sülh sazişi ilə bağlı hədəfi dilə gətirməsi maraqla qarşılanıb. Tramp Avropa liderlərinə bildirib ki, Donbas, o cümlədən Rusiyanın nəzarətində olmayan ərazilər ona təhvil verilərsə, tezliklə sülh mümkündür. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putinin hazırkı cəbhə xətti üzrə atəşkəs təklif etdiyi və Ukrayna, eləcə də Avropaya hücum etməmək üçün yazılı zəmanət verdiyi bildirilir. Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları da aparıb. O, əvvəlcə NATO-nun Baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıb. Tramp avropalı liderləri Alyaskada aparılan danışıqların nəticələri barədə məlumatlandırıb. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın sülh razılaşması müqabilində Donetsk vilayətinin bütün ərazisini təhvil vermək təklifini rədd edib. Zelenskinin sözlərinə görə, ərazi məsələləri Ukrayna və Rusiya liderləri tərəfindən yalnız ABŞ ilə üçtərəfli görüş zamanı müzakirə oluna bilər: "Amma Rusiya üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı heç bir işarə vermir". Tramp isə bildirib ki, Ukrayna Rusiyaya müəyyən əraziləri verməyə hazır olmalıdır: "Əks halda müharibə nə qədər uzun davam etsə, bir o qədər çox torpaq itirəcək". ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib ki, ABŞ və Rusiya Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri barədə razılığa gəliblər, lakin indi hər şey Kiyevdən asılıdır. Fransa Prezidenti Emmanuel Makron deyib ki, Ukrayna nizamlanması üzrə növbəti sammitlərdə Avropa Rusiya, ABŞ və Ukrayna ilə danışıqlar masası arxasında olmalıdır: "Mən növbəti sammitlərdə təkcə Ukraynanın deyil, Avropanın da danışıqlar masası arxasında olması fikrini müdafiə etmək niyyətindəyəm". 


Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Sherg.az-a deyib ki, Tramp Putinə olan münasibətini Zelenskiyə göstərmir. Ekspertin sözlərinə görə, ABŞ rəhbəri Rusiya dövlət başçısı Putinlə görüşdə də həmişəki kimi yumşaq mövqedə durdu, geri çəkildi, əks mövqe ortaya qoya bilmədi:

 "Alyaska görüşündə razılaşdırılan məsələlər də Rusiyanın xeyrinədir. Yəni Rusiyaya qarşı heç bir sanksiya olmayacaq, son möhlət verilməyəcək. Bu o deməkdir, ABŞ, konkret Tramp Rusiyaya güzəştə gedir. Özü də Ukrayna adından güzəşt edirlər. Tramp "Putinlə görüş arzulanan kimi olmasa, görüşü yarımçıq tərk edəcək" kimi fikirlər səsləndirirdi. Amma Alyaskada bunları etmədi. Zelenski və Avropa ölkələri torpaq itkisi ilə razı deyil. Kiyev və Avropa Rusiya ilə Ukrayna arasında danışıqların aparılmasını istəyir. Danışıqlar üçün isə atəşkəs olmalıdır. Putin də buna razı deyil. Kreml rəhbəri bəri başdan hərtərəfli sülh müqaviləsini, Ukraynanın kapitulyasiyasını istəyir. Təbii ki, buna da etirazlar var. Zelenski və Trampın münasibətləri yenə korlana bilər. Tramp Alyaska görüşünün ardınca saat yarım Zelenski ilə telefonla danışıb. Görünür, Tramp çalışacaq ki, Putinin "qısamüddətli atəşkəs əvəzinə sülh sazişi bağlamaq təklifinə" razı salsın. Bunun üçün isə Ukrayna güzəştə getməlidir. Ancaq Tramp artıq o mövqeyə gəlib çatıb ki, mütləq sülh müqaviləsini imzalamaq lazımdır. Ağ Ev Ukraynanın 20 faiz torpağını itirməsinin nələrə səbəb olacağını fikirləşmir. Hesab edir ki, bununla Rusiya-Ukrayna müharibəsi bitəcək və bəlkə də, ona Nobel Sülh mükafatı verəcəklər. Lakin məsələ ondadır ki, Alyaska görüşündə nəticə olmadı. Avropa liderləri prosesə daha geniş prizmadan baxırlar. Yəni Avropa Birliyi Ukraynanın NATO-ya, AB-yə üzvlük məsələsində gələcəkdə güzəştə gedə bilərlər. Yetər ki, atəşkəs əldə olunsun, qoşunlar geri çəkilsinlər. Bəlkə də de-yure Krımı tanımaq mümkün ola bilər. Avropada bu cür güzəştlər barədə söhbətlər gedir. Amma perspektivdə Ukraynanın tamamilə təslim olması Avropa liderlərini də, Ukrayna dövləti və xalqını qane etmir. Əgər buna razılıq verilsə, o anlama gələcək ki, güc yolu ilə sərhədlər dəyişdirilə bilər. Bu, çox mənfi presedentdir. Sabah Avropanın özü Rusiya təhlükəsi ilə üz-üzə qala bilər". 


Analitikə görə, bundan sonrakı Tramp-Zelenski görüşləri heç də yumşaq keçməyəcək: 

"Üçtərəfli görüşlə bağlı müzakirələr getsə də, Rusiya bunu istəmir. Kreml rəhbəri üçtərəfli görüşə bir şərtlə razıdır ki, Kiyev Rusiyanın işğal etdiyi əraziləri de-yure tanısın. Rusiya artıq Alyaska görüşünü və sonrakı açıqlamaları "qələbə" kimi təqdim edir. İstənilən prosesdə, hətta əməliyyatda belə "A", "B", hətta "C" variantları olur. Trampda isə bunlar yoxdur. ABŞ prezidenti Ukrayna ilə bağlı 7 ay bundan öncə başladığı birmənalı yanlış taktikanı bu gün də davam etdirir. Düşünür ki, Ukrayna mütləq güzəştə getməlidir. O, Rusiyanın gücünü xüsusi nümayiş etdirir, tərifləyir. Açıq formada deyir ki, "Rusiya çox güclüdür, nüvə ölkəsidir, Ukrayna isə güclü deyil". İraqın Küveytə hücumu zamanı Küveyti xilas edən ABŞ İraqın Küveytdən güclü olduğunu bilmirdi? Əlbəttə, bilirdi, amma güc yolu ilə sərhədlərin dəyişdirilməsini qəbul etmədi. Onda da hakimiyyətdə Respublikaçılar idi. İndi də dünyanın ABŞ-dən gözlədiyi ədalətli davranışdır". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri