Icma.az
close
up
RU
İlham İsmayılov “LİDER LİNE” MMC yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

İlham İsmayılov “LİDER LİNE” MMC yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin (Dövlət Müəssisəsi) Mingəçevir şəhərində Mənzil Fondunun əsaslı təmir işlərinin satınalınması üzrə 07.05.2025-ci ildə başladığı açıq tendrrə yekun vurub. Müsabiqənin qalibi “LİDER-LİNE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 449.201,93 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 03.07.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (Dövlət Müəssisəsi) Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumdur. Abadlaşdırma İdarəsi tərəfindən nəzərdə tutulmuş təmir işləri üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 994.505,81 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Mingəçevir Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “LİDER-LİNE” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Mingəçevir şəhərinin Abadlaşdırma İdarəsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 50 faizə yaxın qiymət təqdim etmiş “LİDER-LİNE” MMC ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Qeyd edək ki, bu Mingəçevir şəhər İcra Hakimiyyəti və tabeliyində olan Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi ilə “LİDER-LİNE” MMC arasında olan ilk işbirliyi deyil.
Mingəçevir şəhər İcra Hakimiyyəti sözügedən şirkətlə inzibati binanın fasad hissəsinin əsaslı təmiri üzrə 28.890,36 manat dəyərində bir müqavilə 01.07.2025-ci ildə, 16.928,83 manat dəyərində bir müqavilə isə 28.12.2024-cü ildə bağlayıb. İnzibati binanın daxilində cari təmir işlərinin satınalınması üzrə isə 7.981,52 manat dəyərində müqavilə 27.12.2024-cü ildə bağlanılıb.
Qeyd edək ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi isə “LİDER-LİNE” MMC ilə 10.10.2022 -ci ildən 19.12.2023-cü ilə, yəni bir il bir ay ərzində mal-materialların satın alınması, Mingəçevir şəhərində mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsaslı təmirinin satın alınması üzrə ümumi dəyəri 937 887 manat manat məbləğində 5 satınalma müqaviləsi bağlayıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİDER-LİNE” (VÖEN- 2701297561) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 20.04.2018 -ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MİNGƏÇEVİR ŞƏHƏRİ, BAĞLAR MASSİVİ, ev.11-ci BAĞ KÜÇƏSİ, m.28-A , qanuni təmsilçisinin isə Aslanov Ramil Rafail oğlu olduğu göstərilir. MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Əsgərov Namizəd Şahmar oğlu olduğu göstərilir. Açıq məbələrdə şirkət haqqında məlumatlar bu qədərdir.
Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, Mingəçevir şəhər İcra Hakimiyyəti 05.04.2024-cü ildə “LİDER-LİNE” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş Əsgərov Namizəd Şahmar oğluna Mingəçevirin Ərəş küçəsində qeyri yaşayış obyektinin istismarına 07-24 nömrəli icazə sənədi verib.
Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyəti İlham İsmayılovdu. O, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. “LİDER-LİNE” MMC-nin dövlət qeydiyyatına alındığı tarixdə 2018-ci ilə təsadüf edir. Belə çıxır ki, MMC İlham İsmayılov tərəfindən Mingəçevirdə mənzil fonduna aid olan çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün yaradıb. Təsisçisi olan Əsgərov Namizəd Şahmar oğluna da Mingəçevirdə geniş şərait yaradır. \\Aktualinfo.org

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:356
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyul 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri