İlhamlı Qələbələr Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi mini futbol turniri start götürdü
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
20 dekabr tarixində AFFA, Azərbaycan Mini Futbol Federasiyası, BrendSport.az saytının təşkilatçılığı və "Azertrans" MMC-nin dəstəyi ilə Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi mini futbol turniri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, turnir, həmçinin 150 illiyi tamam olmuş Azərbaycan milli mətbuatının il üzrə son tədbiri olmaqla yanaşı, Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist və millət vəkili olmuş mərhum Qənirə Paşayevanın 50 illik xatirəsinə ithaf olunur.Bu gün turnirin açılış mərasimində Qazilər komandası ilə İncəsənət nümayəndələri arasında simvolik oyun baş tutdu. Oyunun nəticəsi 6-6 hesabı ilə yekunlaşdı.Turnirin digər oyunları 22, 23, 24 dekabr tarixlərində baş tutacaq.Yarışda qazilər, KİV nümayəndələri (jurnalistlər, fotoqraflar, TV əməkdaşları və s.), incəsənət nümayəndələri (aktyorlar, aktrisalar, müğənnilər, modellər və s.), eləcə də Avropa, dünya və olimpiya çempionları, müxtəlif sahələrdən tanınmış ictimai şəxslər iştirak edəcəklər.
Müəllif: Ziya Hikmətoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















