İlin ilk beynəlxalq yarışına hansı güləşçilərimiz yollanacaq? İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan güləş millisinin “Zaqreb Open” üçün ilkin heyəti bəlli olub.
İdman.biz-in əldə etdiyi məlumata görə, 2025-ci ilin ilk yarışına 14 pəhləvanımız sifariş edilib.
Sərbəst güləş yığmamız Xorvatiya paytaxtında tam heyətlə yollanacaq. 10 çəki dərəcəsində təmsilçilərimiz də medallar üçün mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə millinin 4 üzvü də Zaqreb xalçasına çıxacaq. Qadın millimiz sifariş olunanların ilkin siyahısında yer almayıb.
Sərbəst güləş yığması: İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Əşrəf Aşırov (79 kq), Cəbrayıl Hacıyev (86 kq), Abubakr Abakarov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).
Yunan-Roma güləşi yığması: Eldəniz Əzizli (55 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Asif Abdullayev (72 kq).
Qeyd edək ki, turnir fevralın 5-9-da keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Yanvar 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















