Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

İlk addım Cənuba tərəf TƏHLİL

İlk addım Cənuba tərəf TƏHLİL

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

İllərdir “Xəzər Lənkəran”ı AFFA dağıtdı” şüarçılığını qaynar saxlayan hücrə həm də “AFFA “Xəzər Lənkəran”ı niyə bərpa etmək istəmir?!” hayqırır. Ona görə bu hücrənin bu manifestini səmimi qəbul etmirəm, hətta manipulyasiya hesab edirəm. Hərgah, bu mövzularda səhih olmağıma “old school” oxucular əmindir…

Bu şikayəti yalnız “Xəzər Lənkəran”ın sıravi azarkeşi edirsə, səmimidir. Təkrar vurğulayıb emosional dozasını layiqli tona qaldırmaq istəyirəm: yalnız və yalnız sıravi XL azarkeşləri iliyinədək haqlıdır bu məsələdə!

Yoxsa bu keysin ölkə futbolunun fövqündə olmasından sui-istifadə edib zaman-zaman öz aktuallığını saxlamaq istəyənlərin dabbaqda gönünə bələdik…

Onsuz da mənfəətbaz hücrə XL mövzusunu sümürməkdən kamını ala bilməyib/bilməyəcək…

İllərin izafi və bariz şahidi kimi; lazım olan anda yenidən hücrədəkilərdən XL-i və onun saf qüdrətini qoruyacağıq. Buna gücümüz çatıb da, çatacaq da.

Zəruri təkrir: “Xəzər Lənkəran”ı “dağıdan AFFA-dan” onu bərpa etməyi bu və ya başqa formada gözləmək məntiqsizdir.

“Xəzər Lənkəran” qəlblərdə taxt salan məfhumdur. Və onu dağıtmaq AFFA-nın başı üçün ola bilərdi, lakin bərpa etmək/bərpasına rəvac vermək deyil. Bunlar çoxdan AFFA-nı aşan məsələdir.

Qəlblərdə taxt quran XL məfhumunun memarı onun AZARKEŞİDİR. O məfhumdan sui-istifadə edən “azarkeş cildindəki” “troya”cıqlar bu reallığı bilmirmi?

Bilir!

Bəs niyə “palanı döyəcləyirlər”?!

Çünki məqsədləri bu mövzudan xal qopartmaq, gündəmə qayıtmaqdır – yuxarıda qeyd etdik.

Xuda kömək edər, XL bərpa olunar. Amma “hücrə” manipulyantlarının çağırışları əsasında deyil. Bu, tam başqa, ayrı yolla mümkün ola bilər.

Bu belə…

***

AFFA nəinki “Xəzər Lənkəran”ı, Azərbaycan futbolunu dağıdıb! Yarıtmaz, mənfəətbaz idarəçiliyi ölkə futbolunun kürəyinə sancılmış xəncər idi. Bu quruma ölkə futbolunun inkişafı heç vaxt sərf etməzdi. 2012-də “Neftçi”nin AL-in qrupuna düşməsi, daha sonra “Qəbələ”nin bunu təkrarlaması, “Qarabağ” boyda müsbət nonsesin formalaşması, “Bakı” kimi ən uğurlu akademiya layihəsi və s. uğurlu nümunələr AFFA-nın yarıtmaz fəaliyyətini qabardacaq, önə çəkəcək, hədəfə gətirəcəkdi. Ona görə də bu qurum bu cür nümunələri əzməyə çalışıb…

İndiki AFFA rəhbərliyi isə iddiasını açıq səsləndirib: “sıfırdan başlamalıyıq”.

Cənuba səfər də bu lozunq altında edilib. Region üzrə futbol mərkəzinin harada olacağı sualı əsasında baş tutan bu səfərdə məqsəd dövlət inisiativində olan idman obyektlərinə baxış keçirmək, mümkün durumun təhlili üçün data toplamaqdır – ən azı, AFFA-nın rəsmən açıqladığı iddia belədir.

Azərbaycan futbolunun yeni İnkişaf Strategiyası proqramı əsasında baş tutan bu səfərdə prioritet Cənub Regional Futbol Mərkəzinin yaradılmasıdır. Bu cür genişmiqyaslı məsələ bir səfərlə həll olunmur. İlkin tanışlıq xarakteri adından bəllidir – xırda nöqsanlar, boşluqlardan xali olmayacaqdı.

İşin neqativindən dedik, ədalət naminə pozitivinə də toxunaq. Ölkənin beş regionunu əhatə edəcək layihənin icrasına ilk addımın atılması və bunun məhz Cənubdan başlaması…

Bu AFFA-nın Cənubumuza subliminal mesajı kimi də qəbul edilə bilər – o AZARKEŞ bu diqqəti, münasibəti haqq edir.

Və Cənub Regional Futbol Mərkəzinin Lənkəranda olmayacağına şübhəmi var?!

AFFA üçün bu bir “harakiri” olardı….

Deməli, işin içində pozitiv də varmış.

Pozitivə bir post skriptum da əlavə etmək olar: Cənuba səfər “Xəzər Lənkəran” mövzusu ilə bağlı deyil, Regional Mərkəz məqsədilədir. Güman edək ki, AFFA-nın “Fırtınalar meydanı”na baş çəkməməsini bu anlamda pis nəsnə hesab etməmək olar.

Bəs bunadək AFFA Sutəmurdova, “Fırtınalar meydanına” niyə baş çəkməyib? Bu isə qəbahət sayılır və qınanmalıdır.

Bu səfərdə də olmamasını başqa nəsnənin gözünə qatıb, tutaq ki, arqumentləşdirdik. Amma qarşıda AFFA-nın gözlənilən/arzulanan addımı atmaması o AZARKEŞƏ haqsızlıq olar. Vaxtilə millinin oyununa da qucaq açmış möhtəşəm arenanı ziyarət etmək, futbolla nəfəs alan Cənubun “mirvarisinin” yenidən doğulmağına dəstək vermək AFFA-nın mənəvi borcudur və bunun üçün heç bir maneə ola bilməz/qondarıla bilməz.

Kuluarlardan çıxan avaza görə, AFFA yeni idarəçilikdə Cənub bölgəsinə, konkret olaraq Lənkərana böyük futbolun qayıtmasına isti yanaşır. İlk addımın o istiqamətə atılması da bu rakursdan böyük perspektiv açır. İnanaq ki, Regional Mərkəzin məhz Lənkəranda salınması məntiqəuyğunluğunu dərk edən AFFA “Xəzər Lənkəran” irsinə mənəvi RESPECT göstərəcək. Lap bunlar fərqli mövzular, fərqli istiqamətlər olsa belə…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see426

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see393

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see377

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see335

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see326

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see270

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see200

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see200

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see190

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see187

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see185

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see182

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see178

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see166

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri