Icma.az
close
up
RU
İlk dəfə Ermənistana yük daşımaları Azərbaycan üzərindən həyata keçirilirsə, bu o deməkdir ki... AÇIQLAMA

İlk dəfə Ermənistana yük daşımaları Azərbaycan üzərindən həyata keçirilirsə, bu o deməkdir ki... AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Son bir neçə ayda Azərbaycan və Ermənistan arasında kifayət qədər pozitiv normallaşma prosesi müşahidə olunur.
Xüsusilə də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış yekun sülh sazişinin mətninin paraflanması həm iki ölkə arasındakı münasibətlərin, həm də Cənubi Qafqazdakı vəziyyətin ciddi şəkildə dəyişməsinə səbəb olub".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 
"Bu paraflanma sənədi Cənubi Qafqazda sülhün və sabitliyin artıq geriyə dönməz prosesə çevrildiyini təsdiqləyib. Buna görə də indi hər iki dövlət qarşılıqlı olaraq bir-birinə doğru addımlar atır.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına icazə verilməsi ilə bağlı bəyanat yaymışdı. Ardınca isə Ermənistan istiqamətində yük qatarları Azərbaycan üzərindən hərəkət etməyə başlayıb. Bu da Ermənistanın uzun illərdən sonra ilk dəfə olaraq blokadadan çıxma prosesinin başlanğıcı kimi qiymətləndirilə bilər".
O bildirib ki, Paşinyan hakimiyyətinin təmsilçiləri, o cümlədən Baş nazir Nikol Paşinyan da bu xoşməramlı addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan dövlətinə təşəkkür ediblər:
"Bu isə onu göstərir ki, iki ölkə arasında kifayət qədər pozitiv proses başlayıb və bu proses inkişaf istiqamətində davam edir.Əgər uzun müddətdən sonra ilk dəfə Ermənistana yük daşımaları Azərbaycan üzərindən həyata keçirilirsə, bu o deməkdir ki, həm Azərbaycan, həm də Ermənistan sülhə artıq hazırdır. Azərbaycanda Ermənistanla sülhün əldə olunması və münasibətlərin normallaşdırılması üçün demək olar ki, ciddi bir maneə yoxdur.İndi Ermənistan da adekvat davranmalı, sülh və sabitlik naminə daha qətiyyətli addımlar atmalıdır. Xüsusilə də Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar çıxarılmalıdır".
Politoloq deyib ki, bundan sonra yekun sülh sazişi imzalanmalı və Cənubi Qafqazda uzun illər davam edən münaqişə vəziyyətinə həm siyasi, həm də hüquqi baxımdan beynəlxalq təminatlar əsasında son qoyulmalıdır:
"Proseslər də məhz bu istiqamətdə inkişaf edir. Əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində mövqeyini qoruya bilsə, böyük ehtimalla bu proses pozitiv nəticə ilə başa çatacaq.
Hazırda Ermənistan cəmiyyəti də Azərbaycanla sülhə hazır olmalıdır. Paşinyan hakimiyyəti erməni ictimaiyyətini sülhə hazırlamaq üçün müəyyən təbliğat xarakterli addımlar atır və bu da təqdirəlayiqdir.
Yəqin ki, yaxın gələcəkdə kənar müdaxilələr, xüsusən də Ermənistana yönəlik xarici təsirlər olmazsa, Cənubi Qafqazda sülh və sabitlik üçün geriyə dönməz bir prosesin başlanacağı qətiyyətlə söylənilə bilər".
Qeyd edək ki, Azərbaycan ərazisindən Ermənistana yükdaşımalara başlanılıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see284

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see251

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see223

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see171

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see168

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see164

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see148

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see147

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see142

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see141

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see140

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see137

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see137

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see137

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri