Icma.az
close
up
RU
Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

“Bu, bir növ, ona işarədir ki, Ermənistan vaxtilə bu yolları dağıdıb və indi də blokadada olduğuna dair hay-həşir salır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, ilk növbədə Zəngəzur yolu işlək vəziyyətə gətirilməlidir”.

Bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Mövzuya giriş olaraq bildirək ki, Ermənistan ərazisindəki dəmir yolu şəbəkəsi "Rusiya Dəmir Yolları"na aiddir. Ermənistan-Azərbaycan münaqişəsi başlayarkən Azərbaycanı Naxçıvanla birləşdirən 42 km-lik dəmir yolu xətti sökülüb. Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədə əsasən həmin hissəni erməni-amerikan birgə şirkəti bərpa etməlidir. Lakin bu halda ziddiyyət yaranır: 42 km-lik hissə birgə müəssisəyə aid olduğu halda, Ermənistanın digər ərazilərində mülkiyyət Rusiyaya aiddir. Rəsmi İrəvan isə ölkənin digər ərazilərindəki nəqliyyat infrastrukturunu da Azərbaycanın üzünə açmağa hazır olduğunu bildirir.

T. Zülfüqarov bu məqamlara diqqət yetirərək bir daha rəsmi İrəvanın Kreml qarşısında ciddi öhdəlikləri olduğunu xatırladıb:

“İrəvan Moskvaya işarə edir ki, siz TRIPP-ə və ABŞ-nin regiona gəlməsinə icazə vermirsiniz. Onda heç olmasa, nəqliyyat infrastrukturumuzu bərpa edin. Bu, Azərbaycana dolayı təzyiqdir. Ermənistanın həm Rusiya, həm də İran qarşısında açıq və qapalı öhdəlikləri var. Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir. Trampın öhdəliklərini icra etsə, Rusiya narazı qalacaq və növbəti seçkilərdən sonra mövqeyi zəifləyəcək. İran da öz tranzit yollarını bağlaya və İrana təzyiq edər.

Paşinyan hazırda çıxış yolları axtarır, seçim qarşısındadır. O, Vaşinqton razılaşmasını icra etməyə imkanının olmadığını deməyə qorxur. Çünki bu ilin sonunadək Zəngəzurdan keçəcək yolla bağlı hansısa ilkin nəticələr olmalı idi. Ancaq görünən odur ki, heç bir irəliləyiş yoxdur. Paşinyan istəyir ki, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atsın. Bir növ, demək istəyir ki, alternativ yollar açılsın və TRIPP layihəsi növbəti mərhələyə qalsın”.

Xatırlatma: Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisində dəmir yolunun Azərbaycan və Türkiyə sərhədlərinə gedən hissələrini qısa zamanda bərpa etməyi xahiş edib. Ermənistan Baş nazirinin sözlərinə görə, o, yaxın vaxtlarda İcevandan Qazaxa dəmir yolu hissəsi ilə bağlı da Rusiya tərəfinə oxşar tələblə müraciət edəcək.

Eyni Zamanda, Rusiya XİN “Tramp yolu” təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu bildirib. Nazirliyin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, erməni-amerikan layihəsinin təfərrüatları hələ öyrənilməlidir, lakin Moskva həm təşəbbüsün məzmununu, həm də Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazırdır.

Kaluqin qeyd edib ki, “bunun üçün kifayət qədər əsaslar var”.

Diplomat vurğulayıb ki, bu, mahiyyət etibarı ilə üçtərəfli işçi qrupu çərçivəsində əvvəllər razılaşdırılmış marşrutun bir hissəsinə aiddir.

"Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətimiz Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolundan istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək", - Kaluqin qeyd edib.

"Rusiyanın TRIPP layihəsində iştirakı müzakirə mövzusu deyil". Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.

O, Moskvanın İrəvanla TRIPP layihəsində Rusiyanın iştirakını müzakirə etməyə hazır olması ilə bağlı Rusiya XİN-in bəyanatını şərh edib: "Sevinirik ki, onlar bizimlə bunu müzakirə etməyə hazırdırlar. Əgər 160 dəfə təkrar etməyimi istəyirsinizsə, belə müzakirələr yoxdur. Mən hipotetik suallara cavab vermirəm".

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri