Asiya Futbol Konfederasiyası milli komandalar üçün Millətlər Liqasını təsis etdi
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Asiya Futbol Konfederasiyası (AFC) milli komandalar üçün yeni müntəzəm turnirin - Millətlər Liqasının yaradıldığını rəsmən elan edib. Qərar bu gün Malayziyanın paytaxtı Kuala Lumpurdə açıqlanıb.
İdman.Biz “Devdiscourse”a istinadla xəbər verir ki, yarış FIFA-nın mövcud beynəlxalq fasilələri çərçivəsində keçiriləcək və qlobal futbol təqvimində hər hansı dəyişiklik nəzərdə tutulmur.
Turnirin formatı, tarixləri və oyun qaydaları hazırda hazırlanma mərhələsindədir. Millətlər Liqasının dəqiq start tarixi isə hələ müəyyənləşdirilməyib.
AFC-nin baş katibi Datuk Seri Uindsor Con bildirib ki, bu təşəbbüs konfederasiyanın 47 üzv assosiasiyasının davamlı inkişafını təmin etmək üçün strateji planın tərkib hissəsidir. Onun sözlərinə görə, Millətlər Liqası geniş təhlillər və regional federasiyalarla məsləhətləşmələrdən sonra təsdiqlənib.
Baş katib vurğulayıb ki, yeni turnir milli komandalara öz səviyyələrinə uyğun, bərabər güclü rəqiblərə qarşı daha çox keyfiyyətli oyun keçirmək imkanı yaradacaq. Bu isə Asiya Kuboku və dünya çempionatının seçmə mərhələləri kimi böyük turnirlərə hazırlıq prosesinin səmərəliliyini artıracaq.
AFC həmçinin qeyd edib ki, Millətlər Liqası konfederasiyanın kommersiya tərəfdaşları tərəfindən də dəstəklənir. Tərəfdaşlar turnirin izləyici marağını artıracağını və milli komandaların media məhsulu kimi cəlbediciliyini gücləndirəcəyini gözləyirlər.
Konfederasiyanın açıqlamasında vurğulanır ki, yeni liqa Asiya futbolunun uzunmüddətli inkişaf vizyonuna uyğundur və region üzrə rəqabət balansını yaxşılaşdırmaqla yüksək səviyyəli oyunların daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Dekabr 2025 03:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















