Icma.az
close
up
RU
İlk dəfə: Qarabağ qəhrəmanları Paşinyanın qarşısında Ermənilər qəzəbləndi, əmri kim verib?

İlk dəfə: Qarabağ qəhrəmanları Paşinyanın qarşısında Ermənilər qəzəbləndi, əmri kim verib?

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

9 May – Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Moskvada Qırmızı meydanda keçirilən hərbi paradda müxtəlif ölkələrin ordu nümayəndələrinin keçidi maraqla qarşılanıb.

Kremlin tribunasından paradı izləyənlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan və İkinci Dünya müharibəsində iştirak etmiş erməni veteranların da olmasına baxmayaraq, bu ölkədən tədbirə hərbi kontingentin göndərilməməsi diqqət çəkib.

Ermənistan KİV yazır ki, tədbirdə Azərbaycan hərbçilərinin iştirak etməsi, lakin ermənilərin olmaması ölkə ictimaiyyətində qəzəb və məyusluğa səbəb olub.

İrəvanın hərbçilərlə bağlı bu qərarı nədən qaynaqlanır?

Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov 9 May Qələbə Gününün tarixi əhəmiyyətini vurğulayıb:

“İlk növbədə, bu gün münasibəti ilə xalqımızı təbrik edirəm. Azərbaycanda elə bir ailə yoxdur ki, onun bir fərdi İkinci Dünya müharibəsinə qatılmasın. O dövrdə əhali sayımız 3 milyondan bir qədər çox idi və hər 5 nəfərdən biri bu müharibədə iştirak edib.

Bu gün Moskvada Qırmızı Meydanda qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan hərbçiləri də iştirak edir. Həmin hərbi tağımın önündə qardaşımın övladı – kapitan Əmirbəy Elman oğlu Ramaldanov da yer alıb. O, 44 günlük müharibədəki xidmətlərinə görə “Azərbaycan Bayrağı” Ordeni və beş medalla təltif olunub.


Şair Ramaldanov

Azərbaycan tağımına baxarkən üzlərindəki qüruru və qalib əda hiss olunur. Bizim hərbiçilər bu paradda, sözün əsl mənasında qələbə qazanmış ordu kimi keçir. Necə ki, onların babaları İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazandılar, onlar da 44 günlük Qarabağ müharibəsində erməni faşizmi üzərində zəfər əldə etdilər. Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşısından qalib bir ölkənin hərbçiləri kimi keçdilər. Bu, çox mühüm məqamdır.

O ki qaldı Ermənistan hərbçilərinin paradda iştirak etməməsinə, mən bunu əvvəldən bilirdim. Qardaşım oğlu bu barədə mənə demişdi. Böyük ehtimal, Ermənistanın qərbli havadarları buna icazə verməyib. Xüsusilə, İrəvanın “böyük bacısı” Fransa və onun prezidenti Emmanuel Makron qadağan edib. Lakin buna baxmayaraq, Paşinyan parada qatılıb. Guya bu şəkildə bir balans qurmaq istəyirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyun 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri