Icma.az
close
up
RU
İlk sevgilər, təsadüfi zənglər, uzun uzadı söhbətlər Ev telefonları tarix olur?

İlk sevgilər, təsadüfi zənglər, uzun uzadı söhbətlər Ev telefonları tarix olur?

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Son 10 ildə Azərbaycanda stasionar telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə edilir. Bəzi insanlar üçün stasionar telefon artıq sosial simvol və nostalji element kimi qəbul olunur.

"Elə bilirəm evdə telefon olmayanda ev tam olmur". Bu cümləyə sosial şəbəkədə rast gəlmişdim. Doğrudan da, bir dövrün insanları üçün ev telefonu sadəcə rabitə vasitəsi deyil, evin bir üzvü idi. Hətta evin ən dəyərli əşyalarından idi. Əksəriyyətinin evində dəhlizdəki örtüklü balaca masanın üzərində dayanardı. Bəzən uzun-uzadı danışıqlarla, bəzən də bir zənglə sevindirərdi. Amma ev telefonları da zamanla dəyişdi, inkişaf yolu keçdi. Əvvəlcə fırlanan nömrə diski ilə evlərimizə təşrif buyurdu. Onun səsi hələ də o dövrün insanlarının qulaqlarındadır. Sonra düyməli modellər, bir az da inkişaf edib gələn zəngdə nömrəni göstərənlər, ardınca simsiz, otaqlar arasında daşınan telefonlar gündəmə gəldi. İndi isə "səssiz"dir... Demək olar ki, heç işlənməyən, amma yenə də evin bir küncündə yerini qoruyan...

"Ev telefonu ilə danışmaq üçün çox darıxmışam. Telefonun yanında bir də telefon kitabçamız vardı. Hər kəsin adı və qarşısında nömrəsi olurdu. İndi o telefonla danışmasam da, onu ləğv etməyə qıymıram. Yanında kitabçası ilə səssiz, sakit evimin bir küncündə dayanır".

Bu fikirlər ev telefonundan imtina etməyə qıymayan Gülşənə məxsusdur. Ülkər də Gülşən kimi ev telefonundan istifadə etməsə də, onu ləğv etməyə qıymayan istifadəçilərdəndir: "İllərdir o telefonla heç kimlə danışmıram. Zəng də gəlmir, səsini belə unutmuşam. Hər ay boş-boşuna aylığını ödəyirəm, amma ləğv etməyə əlim gəlmir. Deyirəm, bəlkə nə vaxtsa lazım olar?!"

Bakupost.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İlk sevgilər, təsadüfi zənglər, uzun-uzadı söhbətlər

Təkcə Gülşən və Ülkər deyil, bir çox insan üçün ev telefonu artıq istifadə olunmayan, amma imtina edilə bilinməyən bir əşya kimi evin küncündə, kimisinin də şkafında qalıb. Emosional bağ, keçmişin xatirələri, bir zamanlar onun vasitəsilə alınan vacib zənglər, danışılan söhbətlər bu cihazı evdən tam çıxarmağa imkan vermir. Hər nə qədər texnologiya dəyişsə də, bəzən insanlar bəzi əşyaları yalnız funksiyasına görə deyil, simvolik mənasına görə də saxlayırlar. Bir çoxumuz üçün ev telefonu dedikdə uşaqlığımız, ailəvi söhbətlər, ilk sevgilər, təsadüfi zənglər və ya gözlənilməz xəbərdarlıqlar yada düşür. Texnologiyanın sürətli inkişafı və mobil rabitənin genişlənməsi nəticəsində stasionar telefonlar həyatımızda get-gedə kölgədə qalan bir simvola çevrilib.

Ev telefonu çəkdirmək neçəyədir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyasının qərarına əsasən, hazırda ev telefonu çəkdirmək 30 manata başa gəlir. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir. Aylıq abunə haqqı isə əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

"213 min 731 nəfər stasionar telefonlardan imtina edib"

Maraqlıdır, hazırda Azərbaycanda stasionar telefonların sayı nə qədərdir və daha çox hansı bölgədə istifadə olunur? Bu suallarla Dövlət Statistika Komitəsinə müraciət etdik.

Komitədən "Kaspi" qəzetinə verilən məlumata görə, 2023-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 1 milyon 308 min 965, 2024-cü ildə isə 1 milyon 095 min 234 olub. Bir il ərzində 213 min 731 nəfər stasionar telefonlardan imtina edib. 1990-cı ildən 2014-cü ilə qədər isə bu say artan xətlə davam edib.

Ən çox ev telefonları hansı bölgədədir?

2024-cü ilin statistikasına əsasən, Bakı şəhərində 493 min 733, Naxçıvanda 64 min 634, Abşeron-Xızı iqtisadi rayonunda 42 min 621, Dağlıq Şirvan iqtisadi rayonunda 42 min 151, Gəncə-Daşkəsən iqtisadi rayonunda 82 min 003, Qarabağ iqtisadi rayonunda 26 min 122, Qazax-Tovuz iqtisadi rayonunda 28 min 523, Quba-Xaçmaz iqtisadi rayonunda 62 min 168, Lənkəran-Astara iqtisadi rayonu 50 min 104, Mərkəzi Aran iqtisadi rayonunda 44 min 245, Mil-Muğan iqtisadi rayonunda 32 min 151, Şəki-Zaqatala iqtisadi rayonunda 104 min 284, Şərqi Zəngəzur iqtisadi rayonu 1146, Şirvan-Salyan iqtisadi rayonunda isə 21 min 349 sabit şəbəkə telefonları var.

Hələlik Qarabağ bölgəsində məskunlaşma tam həyata keçirilmədiyindən, stasionar telefonların sayı statistikada az görünür. Qarabağdan əlavə, 2024-cü ildə sabit şəbəkə telefonlarının ən az olduğu rayonlar sırasında Şəmkir (651 ədəd) və Ağcabədi (646 ədəd) yer alır.

"Gənc nəsil stasionar telefonlardan istifadə etmir"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, xüsusilə gənc nəsil və texnologiyadan aktiv istifadə edən şəhər sakinləri arasında stasionar telefonlara ehtiyac minimuma enib: "Son on ildə Azərbaycanda stasionar telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə olunur. Bu prosesin əsas səbəbi mobil rabitənin, internet üzərindən səsli və video zəng xidmətlərinin ("VoIP", mesencer tətbiqləri və s.) sürətli inkişafıdır".

Texniki sabitlik, rabitə təminatı, vərdiş

Onun sözlərinə görə, stasionar telefonlardan ən çox yaşlı əhali, kənd və qəsəbə sakinləri, həmçinin bəzi dövlət qurumları və müəssisələr istifadə edir: "Bununla belə, bəzi sosial və yaş qruplarında stasionar telefon istifadəsi hələ də qalmaqdadır. Səbəblər arasında texniki sabitlik, mobil əlaqənin zəif olduğu ərazilərdə rabitənin təminatı, uzun illərin vərdişləri və müəyyən hallarda daha ucuz tarif imkanları var. Abunəlik sayında azalma tendensiyası, əsasən, mobil şəbəkələrin geniş əhatə dairəsi, internet paketlərinin əlçatan olması və yeni nəsil ünsiyyət vasitələrinin populyarlaşması ilə bağlıdır".

Etibarlılıq və ənənə rəmzi

Mütəxəssis bildirir ki, stasionar telefon "etibarlılıq" və "ənənə" rəmzi olaraq qalır: "Telekom operatorları qısa müddətdə tam ləğv planı elan etməsələr də, xidmətin mərhələli şəkildə azalacağı gözlənilir. Bəzi insanlar üçün stasionar telefon artıq sosial simvol və nostalji element kimi qəbul olunur. Xüsusilə ailə tarixində, köhnə evlərdə və müəyyən peşəkar mühitlərdə stasionar telefon "etibarlılıq" və "ənənə" rəmzi olaraq qalır".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Sentyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri