Icma.az
close
up
RU
İlk yarış günündə idmançılarımızdan 3 medal Fotolar

İlk yarış günündə idmançılarımızdan 3 medal Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Suqovuşanda əvvəlcə rəsmi açılış mərasimi baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi şəxslərin çıxışları zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın hər il artdığını və bunun sevindirici hal olduğunu qeyd edib, idmançılara uğurlar arzulayıb.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. Füzulidə və Suqovuşanda yarışların yüksək səviyyədə təşkilatçılığından danışıb. O, qonaqpərvərliyə, səmimi qarşılanmaya görə Azərbaycan xalqına və federasiyaya təşəkkürünü bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda artıq 5-ci dəfədir beynəlxalq avarçəkmə yarışlarının keçirildiyini xatırladıb. Nazir Qarabağda bu cür turnirlərin təşkil olunmasının təqdirəlayiq olduğunu söyləyib. Fərid Qayıbov çıxışın sonunda “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmən açıq elan edib.

Rəsmi hissə başa çatdıqdan sonra Suqovuşan su anbarında idmançıların iştirakçı ölkələrin bayraqları ilə dairəvi keçidi baş tutub.  Ardınca 200 metr məsafədə kayak və kanoe üzrə yarışlar start götürüb. İlk gündə Azərbaycan idmançıları 3 medal qazanıb. Amil Ramazanov bir nəfərlik kayak qayığında 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub.  Eyni növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Əlimurad Hacızadə, 2011-2012-ci il təvəllüdlü avarçəkənlərin yarışında isə Mustafa Vəlizadə üçüncü yer tutub.

Yarışlar 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 2-də Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.













Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri