Icma.az
close
up
RU
Suqovuşanda “Prezident Kuboku 2025”in ilk yarış günündə idmançılarımız 3 medal QAZANDI

Suqovuşanda “Prezident Kuboku 2025”in ilk yarış günündə idmançılarımız 3 medal QAZANDI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar keçirilib. Qarabağın dilbər guşələrindən olan Suqovuşanda əvvəlcə rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Redaktor.az xəbər verir ki, rəsmi şəxslərin çıxışları zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın hər il artdığını və bunun sevindirici hal olduğunu qeyd edib. İdmançılara uğurlar arzulayıb. Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. Füzulidə və Suqovuşanda yarışların yüksək səviyyədə təşkilatçılığından danışıb. O, qonaqpərvərliyə, səmimi qarşılanmaya görə Azərbaycan xalqına və federasiyaya təşəkkürünü bildirib. Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda artıq 5-ci dəfədir beynəlxalq avarçəkmə yarışlarının keçirildiyini xatırladıb. Nazir Qarabağda bu cür turnirlərin təşkil olunmasının təqdirəlayiq olduğunu söyləyib. Fərid Qayıbov çıxışın sonunda “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmən açıq elan edib.   Rəsmi hissə başa çatdıqdan sonra Suqovuşan su anbarında idmançıların iştirakçı ölkələrin bayraqları ilə dairəvi keçidi baş tutub. Ardınca 200 metr məsafədə kayak və kanoe üzrə yarışlar start götürüb. İlk gündə Azərbaycan idmançıları 3 medal qazanıb. Amil Ramazanov bir nəfərlik kayak qayığında 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub. Eyni növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Əlimurad Hacızadə, 2011-2012-ci il təvəllüdlü avarçəkənlərin yarışında isə Mustafa Vəlizadə üçüncü yer tutub. Yarışlar 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mayın 2-də Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.            

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Aprel 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri