İlkay Gündoğandan sürpriz addım: Bu klubun ortağı olacaq
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qalatasaray"ın futbolçusu İlkay Gündoğanın investisiya qrupu ilə birlikdə Fransanın "Monpelye" komandasının səhmdarı olmağa hazırlaşdığı iddia edilib. Müqavilənin tezliklə yekunlaşacağı gözlənilir.
"Qalatasaray"da oynayan İlkay Gündoğan təkcə meydandakı performansı ilə deyil, həm də investisiya hərəkətləri ilə xəbərlərdə yer almağa davam edir.
Lent.az bildirir ki, Fransanın "L'Equipe" qəzetinin məlumatına görə, İlkay Gündoğan investisiya şirkətinin rəhbərlik etdiyi layihə çərçivəsində "Monpelye"də əsas səhmdar olmağa hazırlaşır. Qeyd edilir ki, investisiya qrupunun məqsədi Fransa klubunda pay əldə etməkdir və İlkay Gündoğan bu layihənin görkəmli simalarından biridir.
İlkay Gündoğandan əlavə, "Arsenal"ın keçmiş oyunçusu Daniel Karbassiyun da layihədə əsas rol oynayacağı bildirilib. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı və razılaşmanın tezliklə rəsmi olaraq yekunlaşdırılacağı gözlənilir.
Əvvəllər müxtəlif biznes investisiyaları ilə gündəmə gələn İlkay Gündoğan, bu addımla indi futbol dünyasında klub sahibi olmağa da başlayacaq. 35 yaşlı ulduz oyunçunun futbol karyerasından sonra idarəetmə və investisiya sahələrində aktiv rol almağı planlaşdırdığı güman edilir.
2025-ci ilin yayında "Qalatasaray"a keçən İlkay Gündoğan ötən mövsüm sarı-qırmızılı komandada 38 oyunda meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi bu oyunlarda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 İyun 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















