Icma.az
close
up
RU
İlker Kösterelioğlu: 8 Noyabr Zəfəri Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir

İlker Kösterelioğlu: 8 Noyabr Zəfəri Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın zəfəri regionda sülh, sabitlik və təhlükəsizlik baxımından mühüm nəticələr doğurdu


Güclü Azərbaycan həm də Qafqaz və Orta Asiyada sülh və sabitlik üçün həyati əhəmiyyət daşıyır


 İki dövlətin güclü səsi ilə bir daha səslənərək demək istəyirəm ki, yaşasın Azərbaycan!


Beş il öncə, 2020-ci ilin 8 noyabrında Azərbaycan müasir tarixinin ən mühüm hadisələrindən birinə imza atdı. 30 ildən artıq müddət ərzində işğal altında qalan torpaqlar azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu və Azərbaycan ordusu beynəlxalq ictimaiyyət qarşısında qətiyyətini nümayiş etdirdi. Həmin gündən etibarən 8 Noyabr “Zəfər Günü” kimi qeyd olunur.

Bu il Azərbaycan həmin tarixi qələbənin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Zəfər təkcə hərbi baxımdan deyil, həm də siyasi, diplomatik və regional təhlükəsizlik baxımından mühüm nəticələr doğurdu. Qardaş Türkiyənin bu prosesdə oynadığı rol isə “iki dövlət, bir millət” anlayışını praktik səviyyədə təsdiqlədi.

2020-ci ildə əldə edilən qələbə Cənubi Qafqazda güc balansını dəyişdirdi, yeni reallıqlar yaratdı və Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu səbəbdən 8 Noyabr təkcə bir bayram deyil, həm də regionun gələcəyinə yön verən siyasi mesaj kimi dəyərləndirilir.

Bu il zəfərin beşinci ildönümü münasibətilə Bakıda təntənəli hərbi parad keçiriləcək. Zəfər paradında Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, qardaş Türkiyə ordusunun nümayəndə heyəti də iştirak edəcək. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirdə iştirak etmək üçün Bakıya səfər edəcək.

Türk professor, elmlər doktoru İlker Kösterelioğlu Sherg.az-a açıqlamasında Azərbaycan zəfərinə Türkiyənin münasibəti və iki ölkə arasındakı qardaşlıqdan söz açıb:


"5 il öncə bu günlərdə Azərbaycan xalqı tarixinin ən mənalı günlərindən birini yaşadı. 30 ildən artıq müddətdə işğal altında qalan torpaqların azad edilməsi ilə Azərbaycan ordusunun qazandığı hərbi zəfər, ölkənin ərazi bütövlüyünün bərpası Azərbaycan millətinin tarixində unudulmaz bir dönüş nöqtəsinə çevrildi. Əvvəlcə Azərbaycan xalqını bu möhtəşəm Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Qardaş Azərbaycanın haqlı mübarizəsi nəticəsində qazandığı bu sevinc və qüruru biz də Türkiyədə eyni duyğularla hiss edirik. Xüsusilə Şuşanın və Qarabağın digər ərazilərinin azad olunması xəbərini eşitmək və bu anın şahidi olmaq ifadəolunmaz bir xoşbəxtlik idi. 8 Noyabr 2025-ci il tarixində beşinci Zəfər ilini qeyd edən Azərbaycan, bir daha dünya ictimaiyyətinə öz suverenliyini qürurla elan edəcək. Başda Türkiyə olmaqla bütün Türk dünyasında şəhidlər yad ediləcək, Türk millətinin yaxın tarixdə yazdığı bu qəhrəmanlıq dastanı böyük coşqu ilə qeyd olunacaq. Bu münasibətlə torpağa qanlarını qataraq zəfərin memarına çevrilən bütün şəhidlərimizi bir daha dərin hörmət və rəhmətlə anırıq. "Azərbaycanın bu zəfəri niyə bu qədər özəldir?", "Bu zəfər yalnız Azərbaycan üçünmü əhəmiyyət daşıyır?" "Türkiyədə yaşayan bizlər niyə bu qələbəyə bu qədər sevindik?"-,deyə suallar yarana bilər. Bunu təkcə coğrafi yaxınlıq və türk kimliyi ilə izah etmək kifayət deyil. Məsələ həm diplomatik, həm də regional balanslar baxımından və bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. 8 Noyabr Zəfəri, regionun gələcəyi, Türkiyənin bölgədəki güc mövqeyi, “iki dövlət, bir millət” anlayışının sözlə deyil, əməldə göstərilməsi, iqtisadi və ən əsası qlobal miqyasda yeni güc mərkəzlərinin formalaşması baxımından böyük əhəmiyyətə malikdir. Çünki bu bölgədə Türkiyə və Azərbaycan nəzərə alınmadan atılacaq addımlar yarımçıq, qurulacaq strategiyalar isə nəticəsiz qalacaqdır".


Professor Azərbaycanın zəfərinin regionda sülh, sabitlik və təhlükəsizlik baxımından mühüm nəticələr doğurduğunu bildirib: 

"Bu nəticələr, bölgədə güc balanslarının yenidən müəyyənləşdirilməsi zərurətini də gündəmə gətirib. Türkiyənin bu prosesdəki aktiv xarici siyasət rolu və əldə olunan nəticələr, onların praktikaya yansıması ümidvericidir. Güclü bir Azərbaycan təkcə Türkiyə-Azərbaycan əməkdaşlığı üçün deyil, həm də Qafqaz və Orta Asiyada sülh və sabitlik üçün həyati əhəmiyyət daşıyır. Tarix boyu Türkün olduğu yerdə ədalət, sülh və ümid olub. Bu zəfərin yaratdığı yeni güc balansı da həmin ümidin dünyaya yayılması potensialına sahibdir. Çünki bu bölgələrdə “ədalət və sülh” adı ilə faciələr törədənlərin yaratdığı göz yaşları, dünyada sülh və ədalətə nə qədər ehtiyac olduğunu bir daha göstərir. Xüsusilə qeyd etməliyəm ki, “iki millət, bir dövlət” ifadəsi sadəcə bir şüar deyil. Bu, zəfərə gedən yolda Türkiyənin verdiyi dəstək, sözlə deyil, əməldə nümayiş olunan birliyin və qardaşlığın ən gözəl nümunəsidir. Azərbaycan Türkün özüdür, birlik yolunda Türkün gözüdür və nəticədə Türkiyə ilə Azərbaycan eyni mahiyyətin iki damarını təşkil edir. Azərbaycanın haqlı mübarizəsində dərdinə də, sevincinə də şərik olmaq bizi bir millət edən bağları daha da gücləndirib və bu zəfərə aparan yolu açıb.

Türkiyə ilə Azərbaycan arasında olan birlik, əməkdaşlıq, qardaşlıq və birgə fəaliyyətlər yalnız bu iki dövlət üçün deyil, digər Türk dövlətləri arasında da birliyin möhkəmlənməsi və ortaq gücün yaranması baxımından da son dərəcə qiymətlidir. Tarix göstərir ki, tək başına “mən” olaraq yaşamaq çətindir. Bu gün biz ancaq “mən-sən olanda, biz ola bilərik” və yalnız “biz” ola bilsək, dünyanı dəyişdirə bilərik. Qloballaşan və təkqütblü dünyada güclü bir alternativ yaratmağın yeganə yolu birlikdən keçir. Türkiyə-Azərbaycan münasibətləri, bu alternativ vizyonun ən güclü təcəssümü kimi diqqətlə izlənməli nümunədir".


Müsahibimiz Azərbaycanın qazandığı zəfərin, Türkiyənin regional güc kimi niyə vacib olduğunu və bu rolun nə qədər zəruri sayıldığını da açıq şəkildə göstərdiyini qeyd edib:

"Bu nəticələr, həm yaxın tarixdə, həm də yaxın coğrafiyada baş verən hadisələr fonunda Türkiyənin qlobal güc balansındakı rolunu daha da aydınlaşdırdı. Türkiyənin müdafiə sənayesinin bölgədə sülh və sabitliyi təmin etməkdəki rolu, enerji, nəqliyyat və ticarət sahələrində Avropa ilə Qafqaz arasında etibarlı körpü və mühüm strateji mərkəz olması bir daha təsdiqləndi. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər Bayramı münasibətilə Azərbaycana səfəri, sadəcə bir mərasimə qatılmaq anlamına gəlmir. Bu səfər, eyni mahnını oxuyan, eyni ruhu daşıyan iki qardaş xalqın gələcəyə yönəlik ortaq strateji baxışının ifadəsidir. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi önəm verilməli, iki dövlət arasında təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət və müdafiə sahələrində daha dərin əməkdaşlıqlar qurulmalıdır. Sonda iki dövlətin güclü səsi ilə bir daha səslənərək demək istəyirəm ki, yaşasın Azərbaycan!

Bu böyük zəfərin ildönümünü bir daha qürurla qeyd edirəm".


Banuçiçək Kalbalıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri