Icma.az
close
up
RU
İllər əvvəl Vağzalı ilə gəlin köçən AZƏRBAYCANLI MƏŞHURLAR

İllər əvvəl Vağzalı ilə gəlin köçən AZƏRBAYCANLI MƏŞHURLAR

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaşı, məşhurların da ailəsində yaşanıb. Onların illər əvvələ aid toy görüntlərinin mətbuatda tez-tez gündəmə gəlir. Hazırda ailə quran həmin tanınmışlardan xoşbəxt olanlar da var, evliliklərini tez zamanda bitirənlər də... Bəs görəsən illər əvvəl hansı məşhurlar "Vağzalı"ilə gəlin köçüb?

Bu dəfə BAKU.WS saytı olaraq illər əvvəl toyu olan məşhurları araşdırdıq.  Həmin siyahısını oxuculara təqdim edirik:

Xalq artisti Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova 33 il əvvəl ailə qurub. Onunn toy görüntüləri ATV-də yayımlanan "7 canlı" proqramında nümayiş olunub.

Xalq artistinin şad günü 1988-ci ildə baş tutub. Toyda ifaçının və həyat yoldaşı Ədalət Hacıyevin yaxın qohumları və ailə üzvləri, unudulmaz sənətkar Şövkət Ələkbərova, Xalq artisti, mərhum aktyor Rafael Dadaşov və başqa tanınmışlar yer alıblar. Sənətçinin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur.

Onların bu evlilikdən Cahad adlı bir övladı var.

Aparıcı Zümrüd Bədəlova

Aparıcı Zümrüd Bədəlovanın illər əvvəl baş tutan toyunun kadrları "Gün ortası" verilişində nümayiş olunub. Bədəlovanın toyu 19 il əvvəl, yəni 2006-cı ildə keçirilib. Onun bir qızı var. Aparıcı efirdə toy görüntülərini görərkən həm təəccüblənib həm də kövrəlib. 

Müğənni Safura Əlizadə

Safura Əlizadə 12 il əvvəl, yəni 2013-cü ildə mərhum sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Sənətçinin təmtəraqlı toy mərasimi "Palmalife Resort and Spa" hotelində keçirilib.  Mərasiminə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, prodüser Tarix Əliyev (Tolik), "Bakılı oğlanlar" komandasının keçmiş üzvü Elçin Əzizov də iştirak ediblər.  Toyda Safuranı stilist Anar Ağakişiyev bəzəyib. Hazırda cütlüyün Aişə, İsgəndər və Natiq adlı üç övladı var. 

Müğənni İradə İbrahimova

İradə İbrahimova 2009-cu ildə ailə qurub. Sənətçi Ceyhun İzzər adlı Azərbaycan əsilli türk biznesmenlə evlənib. İradə toyundan əvvəl bəylə birlikdə Mirmöhsün Ağanın məzarını ziyarət edib. Toyu əməkdar artist Ənvər Sadıqovun rəhbərliyi altında müğənni Abbas Bağırov idarə edib. Aparıcı isə Nəsib Nura həvalə olunub. İradə toyunda Brilliant Dadaşovanın repertuarından "Səninəm" mahnısını bəy üçün oxuyub. Toyda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Arif Babayev, Tünzalə Ağayeva və digər şəxslər iştirak ediblər. Ümumilikdə mərasimə 600 nəfərin dəvət edildiyi bildirilir. Cütlüyün hazırad İpek və Əli adlı iki övladı var. 

Müğənni Aysel Teymurzadə

Aysel Teymurzadə 2012-ci ildə ailə qurub. Həmin ilin may ayında Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla gizlin nişanlanan Aysel, elə toyunu da hamıdan xəbərsiz edib. Onun toyu iyul ayında olub. Murad Adıgözəlov həyat yoldaşına oxumağı və efirlərə çıxmağı qadağan edib. Həmin vaxt Murad Adıgözəlovun 42, Ayselin isə 23 yaşı olub. Hazırda cütlüyün üç övladı var. Bir müddət əvvəl yerli mətbuatda onların ayrıldığı ilə bağlı şayiələr yayılıb. Lakin tərəflər bu barədə açıqlama verməyib. 

Müğənni Elnarə Xəlilova

Müğənni Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailə qurub. Onun dörd övladı var. Elnarənin toyunda geyindiyi gəlinlik açıq-saçıqlaığına görə müzakirələrə səbəb olmuşdu. Sənətçi müsahibələrindən birində "İndiki ağlım olsaydı, belə gəlinlik geyinməzdim. Hərdən yoldaşıma deyirəm ki, o gəlinliyi mən geyinmişdim, bəs sən hara baxırdın? Qoymazdın məni elə geyinməyə" deyə bildirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri