Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Sabah”ın futbolçusu Eyden Makkarti UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə qarşı keçirəcəkləri oyun haqda danışıb.
QOL.az xəbər verir ki, o, matçdan əvvəl təşkil olunan mətbuat konfransında layiqli oyun sərgiləmək üçün əllərindən gələni edəcəklərini deyib:
“Yalnız müdafiə xətti deyil, bütün komanda vahid mexanizm kimi fəaliyyət göstərməli və əlindən gələni etməlidir. Hər situasiyanın öz həlli var. Komanda yoldaşlarıma inanıram. Layiqli oyun göstərmək üçün əlimizdən gələni edəcəyik.
Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər. Çempionlar Liqasındakı qoluma gəlincə, bu, özümə inamımı daha da artırdı. Heç nə asan olmur. Yenidən qol vurmaq şansım olsa, bundan yararlanmaq üçün hər şeyi edəcəyəm. Eyni zamanda müdafiədə də etibarlı oynamalıyıq”.
Qeyd edək ki, “Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 04 Noyabr 2026 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















