Azərbaycanda Mastercard və Visa tarifləri ilin sonuna qədər azaldılacaq
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir.
Banco.az verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"Həm "Mastercard", həm də "Visa" təşkilatları ilə danışırıq ki, ümumi ölkə üçün tarifləri aşağı salsınlar. Düşünürəm ki, bu ilin sonuna qədər proqresə nail olunacaq. Çünki son illərdə bu təşkilatlar, xüsusilə "Mastercard" və "Visa" tərəfindən qiymətlər kəskin artırıb. Bu da bankların məhsul və xidmətlərinin xərclərinə ciddi təsir göstərib. Xərclərin artmasının əsas səbəbi məhz bu iki təşkilatın tarifləri yüksəltməsidir. Banklar da buna görə öz qiymətlərini artırmağa məcbur olublar. Biz hazırda həmin təşkilatlarla danışırıq ki, tarifləri azaltsınlar. Digər tərəfdən, yerli ödəniş alətini test edirik. Uğurlu nəticə olarsa, gələn ildən token ödənişləri ani ödənişlər sistemi vasitəsilə həyata keçiriləcək", - o qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















