Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər.

“Yeni Sabah” xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində əksini tapıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı məlumatda əmək müqaviləsinə xitam verilərkən işçilərə verilməli olan xəbərdarlıq müddətləri, müavinətlər və əlavə təminatlar izah olunub.

Belə ki, işçinin əmək stajı artdıqca xəbərdarlıq müddəti və işdənçıxarma zamanı ödənilən müavinətin məbləği də artır. Dominos pizza

Bir ilədək əmək stajı olan işçilər azı 2 təqvim həftəsi, 1 ildən 5 ilədək stajı olanlar 4 həftə, 5 ildən 10 ilədək stajı olanlar 6 həftə, 10 ildən çox stajı olanlar isə 9 həftə əvvəlcədən rəsmi qaydada xəbərdar edilməlidirlər.

Bununla yanaşı, xəbərdarlıq müddəti ərzində işçiyə hər həftə əməkhaqqı saxlanılmaqla ən azı bir iş günü yeni iş axtarmaq üçün vaxt verilməlidir.

Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçiyə stajından asılı olaraq orta aylıq əməkhaqqının müəyyən misli həcmində işdənçıxarma müavinəti ödənilməlidir.

Bir ilədək stajı olanlara orta aylıq əməkhaqqının 1 misli, 1 ildən 5 ilədək stajı olanlara 1,4 misli, 5 ildən 10 ilədək stajı olanlara 1,7 misli, 10 ildən çox stajı olanlara isə 2 misli məbləğində müavinət verilməlidir.

Qanunvericiliyə görə, işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə ona müvafiq əməkhaqqı kompensasiyası da birdəfəlik ödənilə bilər. Bu halda ödənişin məbləği əmək stajına uyğun olaraq orta aylıq əməkhaqqının 0,5 mislindən 2 mislinədək dəyişir.

Bundan başqa, Əmək Məcəlləsində xüsusi hallarla əlaqədar əmək müqaviləsinə xitam verilərkən də əlavə təminatlar nəzərdə tutulub. Müəyyən hallarda işçiyə orta aylıq əməkhaqqının azı 2 və ya 3 misli, işçinin vəfatı ilə əlaqədar müqaviləyə xitam verildikdə isə onun vərəsələrinə azı 3 misli məbləğində müavinət ödənilir.

Qeyd edək ki, kollektiv müqavilələrdə və əmək müqavilələrində qanunvericilikdə göstərilən məbləğlərdən daha yüksək ödənişlərin nəzərdə tutulması mümkündür.

Əmək Məcəlləsinin 77-ci maddəsində digər əlavə təminatlar da əksini tapıb. İxtisarla işdən azad edilən və qanunda göstərilən xüsusi kateqoriyalara aid şəxslərin yeni peşə hazırlığına cəlb olunması işəgötürənin vəsaiti hesabına həyata keçirilir.

Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırılan işçinin əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Hərbi xidmətdən buraxıldıqdan sonra isə o, ən geci 30 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə qayıtmaq hüququna malikdir.

Diplomatik xidmət əməkdaşlarının xaricdəki fəaliyyəti ilə əlaqədar dövlət sektorunda çalışan həyat yoldaşlarının da əvvəlki və ya ona bərabər vəzifəyə təyin olunması üçün təminat nəzərdə tutulub. Bununla bağlı müraciət diplomatik xidmət dövrü başa çatdıqdan sonra 60 təqvim günü ərzində edilməlidir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri