Icma.az
close
up
RU
“İllik istehsal gücü 2 milyon ton olacaq ”

“İllik istehsal gücü 2 milyon ton olacaq ”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mədən, zənginləşdirmə, boru kəməri, pellet və isti breketlənmiş dəmir - İBD zavodlarını əhatə edən layihə üzrə 20 illik istismar dövründə 40 milyon ton İBD məhsulunun istehsalı planlaşdırılır.

Layihənin iqtisadi dəyəri 24 milyard manat, tələb olunan investisiya isə 1,95 milyard manatdır: “Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorların iştirakı hesabına təmin ediləcək. Layihəyə əsasən, Daşkəsən mədənindən çıxarılan filiz əvvəlcə mədənin ərazisində inşa ediləcək zənginləşdirmə zavodunda emal olunaraq konsentrata çevriləcək. Daha sonra konsentrat pellet istehsalı üçün Şəmkir rayonunda tikilməsi nəzərdə tutulan zavoda nəql ediləcək. Bu məqsədlə ölkədə ilk dəfə uzunluğu 40 kilometrdən çox olacaq şlam boru kəmərinin inşası planlaşdırılır. İstehsal zəncirinin son mərhələsində isə pelletdən polad sənayesi üçün əsas xammallardan biri olan isti briketləşdirilmiş dəmir istehsal ediləcək”.

Sədr bildirib ki, illik istehsal gücü 2 milyon ton olacaq zavod Qərb Sənaye Parkının Şəmkir rayonu ərazisinə düşən hissəsində inşa ediləcək: “Bu layihənin həyata keçirilməsi ölkədə yüksək keyfiyyətli polad istehsalı üçün dayanıqlı xammal bazasının formalaşdırılmasına imkan verəcək. Yəni, istehsal olunacaq illik 2 milyon ton həcmində məhsul daxili bazarın tələbatı ödəyəcək, üstəlik tələbatdan artıq məhsullar ixracata yönəldiləcək. Bu isə bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə ixrac potensialının genişlənməsinə, qeyri-neft sektorunun inkişafına və dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə mühüm töhfə verəcək”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri