Icma.az
close
up
RU
İlon Mask alman siyasətçiləri qəzəbləndirib

İlon Mask alman siyasətçiləri qəzəbləndirib

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Milyarder iki dost dövlət arasında münasibətlərdə məqbul olan sərhədi keçdi”

“Amerikalı milyarder İlon Mask Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri “antidemokratik tiran” adlandırmaqla iki dost dövlət arasında, yəni Almaniya və ABŞ arasında münasibətlərdə məqbul olan sərhədi keçdi”. Bu sözləri Almaniyanın hakim partiyası olan Almaniya Sosial Demokrat Partiyasının (SPD) parlament fraksiyasının rəhbəri Rolf Mützeniç “Der Spiegel”ə deyib.

"Federal Prezidentə qarşı şifahi hücumlar bütün Almaniya vətəndaşlarına yönəlib. Almaniya hökuməti yanvarın 20-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-ın yeni rəhbərliyi adından təkrarlanan hörmətsiz bəyanatların, böhtanların və seçki kampaniyasına müdaxilələrin edilib-edilmədiyini aydınlaşdırmalıdır”, - deyə deputat vurğulayıb.

SPD həmsədri Zaskia Esken isə Maskın Almaniya kansleri və federal Prezident haqqında bəzi şərhlərini “pafoslu hücumlar” adlandırıb. “Reuters”in məlumatına görə, Esken deyib: "Bu, sərhədi qeyri-adi şəkildə keçmək və onun demokratiyamıza hörmətsizliyinin nümayişidir".

“Ştaynmayer antidemokratik tirandır!”. Dekabrın 31-də İlon Mask özünün “X” sosial media hesabında alman ifrat sağçı Naomi Seibtin paylaşımına cavab olaraq yazıb. Milyarder alman siyasətçinin Almaniyada keçiriləcək seçkilərə xarici təsirlərə qarşı çıxışından sonra dövlət başçısını tənqid edib. Prezidentin ofisi Maskın yazısını nəzərə aldığını, lakin bu barədə şərh verməyəcəyini açıqlayıb.

Noyabr ayında amerikalı milyarder “X” sosial şəbəkəsində Almaniya kansleri Olaf Şoltsu “səriştəsiz axmaq” adlandırmışdı. Mask “X” sosial şəbəkəsində Almaniyadakı hökumət böhranını şərh edərkən qeyd etmişdi. Mask daha sonra fevralın 23-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri nəticəsində Şoltsun hakimiyyətdən uzaqlaşdırılacağına əminliyini ifadə edib.

Dekabrın 28-də Almaniyanın “Welt am Sonntag” qəzeti Maskın köşə yazısını dərc edib. Yazıda milyarder Almaniya hökumətinin siyasətini və ölkə iqtisadiyyatının vəziyyətini tənqid edib, Almaniyanı sağçı qüvvələrin xilas edə biləcəyini bildirib. Söhbət Almaniya üçün Alternativ (AfD) Partiyasından gedir. Qısa müddət sonra Mask AfD-nin qarşıdan gələn seçkilərdə "epik qələbə" qazanacağını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Yanvar 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri