İlon Mask “Paramount”un investoru ola bilər
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Amerikalı milyarder İlon Mask “Warner Bros.”u satın aldıqdan sonra “Paramount“a investor ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Semafor” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Paramount” “Warner Bros.” “Discovery” şirkətinin satın alınmasından sonra maliyyə vəziyyətini gücləndirmək məqsədilə yeni maliyyə mənbələri axtarır.
Vəziyyətlə tanış olan mənbələrə görə, şirkət rəhbərləri Maskın “Paramount” səhmdarlar sindikatına daxil edilməsi imkanlarını müzakirə ediblər.
Sahibkarın adı “Paramount” şirkətinin baş direktoru Devid Ellisonun sindikat üçün namizəd kimi nəzərdən keçirdiyi varlı şəxslər arasında çəkilib.
“Semafor”un sözlərinə görə, İlon Mask və Devid Ellisonun atası, “Oracle” şirkətinin təsisçisi Larri Ellison uzun müddətdir ki, yaxın münasibətdədirlər.
Qeyd olunur ki, “Paramount” şirkətinin “Warner Bros.” şirkətini satın almasını mümkün edən qismən böyük Ellisonun pulu və əlaqələri olub.
Larri Ellison şəxsən satın alma üçün 40 milyard dollardan çox maliyyələşdirmə təmin edib. O, həmçinin Maskın “X” (əvvəllər “Twitter”) şirkətini özəlləşdirmək üçün 2022-ci il müqaviləsinə 1 milyard dollar töhfə verib, 2018-ci ildə “Tesla” şirkətinə investisiya qoyub və uzun illər direktorlar şurasında fəaliyyət göstərib.
Buna baxmayaraq, Maskın potensial investisiyasının həcmi məlum deyil.
Bu mövzuda digər xəbərlər:“Warner Bros” “Paramount”un 108 milyardlıq təklifinə “yox” dedi
18 Dekabr 2025 10:34
İlon Mask TikTok un bağlanmasına etiraz edir
21 Yanvar 2025 17:51
“Warner Bros. Discovery” şirkəti “Paramount”un yeni təklifini nəzərdən keçirir
24 Fevral 2026 22:45
Warner Bros. investorlara Paramount un təklifini rədd etməyi məsləhət görür
17 Dekabr 2025 22:21
WBD İdarə Heyəti Paramount un yeni təklifini də geri çevirməyə hazırlaşır
07 Yanvar 2026 22:49
Baxış sayı:59
Bu xəbər 25 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















