Icma.az
close
up
RU
İlon Mask X sosial şəbəkəsində qeydiyyatı pullu edəcək

İlon Mask X sosial şəbəkəsində qeydiyyatı pullu edəcək

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İlon Maskın "X" sosial şəbəkəsi istifadəçilərin qeydiyyatı üçün pul almağa başlayacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Fortune" şirkətə yaxın mənbələrə istinadən məlumat verib.

"X"də qeydiyyat hələ də pulsuzdur, lakin mediada yayılan məlumatlara görə, bu, yaxın aylarda dəyişə bilər. Sosial şəbəkə hər yeni istifadəçidən hesab yaratmaq üçün 8 dollar (təxminən 14 manat) almağı planlaşdırır. Yeniliyin 2025-ci ilin fevralında bütün dünyada tətbiq ediləcəyi gözlənilir.

Qeydiyyat üçün pul ödəməyən istifadəçi post yaza və şərh edə bilməyəcək - ona yalnız oxuma rejimi əlçatan olacaq. Pullu qeydiyyat üçün bonus olaraq istifadəçilərə ayrıca 8 dollar dəyərində olan biraylıq "X Premium" abunəliyi hədiyyə ediləcək. Bu, reklamları aradan qaldırır, daxili "Grok" neyron şəbəkəsinin imkanlarını genişləndirir və təsdiqlənmiş şəxsiyyət (mavi) nişanı əlavə edir.

Bildirilir ki, "X" saxta hesablar və botlarla mübarizə aparmaq üçün bu addımı atıb. Yenilik 2023-cü ildən Yeni Zelandiya və Filippində sınaqdan keçirilir, burada istifadəçilər qeydiyyatdan başlayaraq ildə 1 dollar ödəməlidirlər, əks halda sosial şəbəkə yalnız oxuma rejimində əlçatan olur.

Bundan əlavə, İlon Mask lentdə göstərilən postların tarix və vaxtını gizlətməyi planlaşdırır. Onun fikrincə, bu, sosial şəbəkənin interfeysini təkmilləşdirəcək və təmizləyəcək.

"X" nümayəndələri hələlik pullu qeydiyyatın tətbiqi və nəşr tarixlərinin gizlədilməsi planlarını şərh etməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2025 04:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri