Icma.az
close
up
RU
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? MÜTƏXƏSSİS RƏYİ

İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? MÜTƏXƏSSİS RƏYİ

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyaca məşhur sahibkar və texnologiya mütəxəssisi İlon Mask Ümumdünya İqtisadi Forumunda bildirib ki, ilin sonuna və ya gələn il hər bir insandan daha ağıllı süni intellekt əldə edəcəyik, sonra isə beş il ərzində o bütün bəşəriyyətdən daha ağıllı olacaq. Bu proqnoz cəmiyyətdə geniş narahatlıq doğurub və süni intellektin təkcə texnoloji deyil, həm də hüquqi və psixoloji aspektlərinin müzakirəsinə səbəb olub. 

Məsələ ilə bağlı İnformasiya Təhlükəsizliyi mütəxəssisi Elvin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, proqnozun reallığı elmi dairələrdə bu həm mümkün bir gələcək, həm də ciddi bir texnoloji şişirtmə kimi qiymətləndirilir:
"İnsandan ağıllı süni intellekt dedikdə, yalnız məlumatları sürətlə emal edən deyil, həm də insanın sahib olduğu abstrakt düşünmə, yaradıcılıq, emosional zəka və mürəkkəb problemləri heç bir öncədən hazırlıq olmadan həll etmə bacarığına malik bir sistem nəzərdə tutulur. Hazırkı süni intellekt modelləri dar süni intellektdir. Yəni onlar yalnız öyrədildikləri sahələrdə güclüdürlər. Maskın bəhs etdiyi səviyyə isə sistemin hər hansı bir intellektual tapşırığı insan səviyyəsində və ya ondan daha üstün icra edə bilməsidir. Bu nöqtədən sonra super intellekt mərhələsi başlayır ki, burada sistem bəşəriyyətin kollektiv zəkasını geridə qoyaraq öz-özünü təkmilləşdirməyə başlayır. Hesablama gücünün eksponental artımı və proqram təminatındakı sıçrayışlar Maskın təxminini dəstəkləyir. Digər tərəfdən isə, bir çox alimlər iddia edirlər ki, süni intellekt hələ də şüur və məntiqi mühakimədən məhrumdur və sadəcə ehtimallar üzərindən işləyən statistik bir maşındır. İlon Maskın bu cür iddialı tarixlər verməsi çox vaxt həm investisiya cəlb etmək, həm də bu sahədəki tənzimləmələrin sürətləndirilməsi üçün diqqət çəkmək məqsədi daşıyır. Yəni, texniki tərəqqi danılmazdır, lakin 1-5 il kimi qısa müddətdə tam insan zəkasını əvəz edəcək bir sistemin yaranması elmi baxımdan hələ də mübahisəlidir".

Psixoloq Aygül Məlikovanın fikrincə, ən önəmli məsələ insan psixikasının özündən daha ağıllı bir varlıqla yaşamağa hələ tam hazır olmamasıdır:
"İnsan uzun əsrlərdir özünü ən ağıllı varlıq kimi qəbul edib. Bu inam yalnız rasional üstünlük deyil, həm də kimlik dayağıdır. İnsan öz dəyərini düşünə bilmək, qərar vermək və nəzarətdə olmaq üzərindən qurub. Özündən daha ağıllı bir varlığın mövcudluğu isə bu dayaqları sarsıda bilər. İnsan üçün təhlükənin ən böyüyü fiziki deyil, idarəni itirmək hissidir. Daha ağıllı bir varlıq qərarları bizdən daha doğru verərsə, insan özünü artıq lazım olmayan hiss edə bilər. "Əgər o məndən ağıllıdırsa, mənim yerim nədir?" sualı depressiv və ekzistensial boşluq yarada bilər. İnsan beyninin təməl mexanizmi təhlükəni öncədən sezməkdir. Tam anlamadığımız və bizdən üstün bir zəkaya güvənmək psixoloji olaraq çətindir. Amma insan çox adaptivdir. Tarix boyu hər böyük dəyişiklik əvvəl qorxu, sonra isə uyğunlaşma yaradıb. Süni intellektlə də belə olacaq. İlk mərhələdə təşviş, müqavimət, idealizasiya və demonizasiya olacaq, sonra isə münasibət formalaşacaq".



Hüquqşünas Kamandar Hüseynov isə insandan ağıllı sistemin insan hüquqları üçün təhlükəsi məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, süni intellektin tətbiqi insan hüquqlarına birbaşa təsir göstərə biləcək:
"Ümumilikdə, süni intellektin inkişafının insan hüquqlarına təsir dairəsi artıq neçə ildir ki, beynəlxalq ictimaiyyətin maraq dairəsindədir və daha çox rəqəmsal hüquqlar adı altında şərh olunur. Süni intellekt texnologiyaları fərdi məlumatların məxfiliyi, alqoritmik qərəzlilik, ayrı-seçkilik və insan ləyaqəti kimi əsas hüquqlara ciddi təsir göstərir.  Süni intellekt sahəsində insan hüquqlarının qorunması, çətinliklərin aradan qaldırılması və hüquqi tənzimləmə Hüquq və İnsan Haqları İnstitutu kimi qurumların da diqqət mərkəzindədir. Bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyası hazırlanaraq təsdiq olunmuşdur. Həmin Avropa standartlarına bütün üzv dövlətlərin riayət etməsi zəruridir, habelə Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsi vacibdir".      
Nurcan Babək

Oxunub 12

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri