Icma.az
close
up
RU
İlqam Cəbiyev: Ələt Astara yolu təhlükəlidir Dövlət dərhal tədbir görməlidir!

İlqam Cəbiyev: Ələt Astara yolu təhlükəlidir Dövlət dərhal tədbir görməlidir!

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu günlərdə yenə Ələt-Astara magistralında ağır yol qəzası baş verib. Lerikə toy məclisinə gedən ailə Lənkəran rayonu ərazisində sükan arxasında yuxuya getmiş sürücünün səbəb olduğu qəzanın qurbanına çevrilib. Nəticədə eyni ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu il bu yolda baş verən sayca beşinci belə ağır hadisədir.

Təsadüfmü? Mən deyərdim yox!

Mən – İlqam Cəbiyev – bu yolun ağrısını öz üzərimdə yaşamış adamam. Düz 8 ay əvvəl məhz bu Ələt-Astara magistralında Hudai Santafe markalı avtomobilimlə ailə üzvümlə birgə dəhşətli qəza keçirdim. Həmin hadisə mənim üçün sadəcə bir yol-nəqliyyat qəzası deyildi – o gündən bəri hər gün stress, narahatlıq, qorxu ilə yaşayıram, hələ də o sarsıntını tam unuda bilməmişəm.

O qəza mənim həyatımı dəyişdi. Amma görünən odur ki, bu yol dəyişmir! Dövlət qurumları da dəyişmir! İllərdir deyirlər “sürücü yuxuya getdi”, “sürücü məsuliyyətsizlik etdi” və məsələ bağlanır. Axı bu bədbəxt hadisələrin səbəbi təkcə sürücülər deyil!

Ələt-Astara magistral yolu uzun, təknotalı, istiyə tab gətirməyən bir yoldur. Uzun məsafədə sürücü yorulur, yolların ətrafında nə bir istirahət zolağı, nə soyuducu kölgəlik, nə də kondisioner üçün dayanacaq var. Magistral yol nə insanı düşünür, nə sürücünü. Elə bil ki, bu yol ölüm mələyinin sükutla gözlədiyi bir yoldur. Mən öz canımla, sağlamlığımla bunu gördüm. İndi də bir ailənin başına oxşar faciə gəlib.

Bu, artıq 5-ci belə xəbərdir ki, Doğru.az xəbər portalında işıqlandırıram. Amma dəyişən bir şey yoxdur. Hər dəfə yazırıq, danışırıq, xəbərdarlıq edirik – lakin bu yol yenə də təhlükə saçır. Dövlət qurumları problemin kökünə baxmır. Heç kim yolun psixoloji və fiziki ağırlığını sürücünün üzərindən götürmək üçün real tədbir görmür.

Bəs nə vaxta qədər?

Gözləyəcəyik ki, növbəti xəbər faciəvi ölüm xəbəri ilə başlasın? Axı həyat bu qədər ucuz olmamalıdır! Axı hər dəfə bu yolda ailələr dağılır, körpələr yetim qalır, valideynlər övlad itirir!

Ələt-Astara magistralı tam yenilənməli, istirahət dayanacaqları yaradılmalı, sürücü üçün şərait qurulmalı, marşrut planı dəyişdirilməli, maarifləndirici nişanlar, təhlükəsizlik kamerası və digər müasir avadanlıqlar quraşdırılmalıdır. Hətta bəlkə də bu yolun bəzi hissələrində sürət limiti və ya icbari dayanma məntəqələri tətbiq edilməlidir. Çünki bu vəziyyətlə barışmaq ölümə razı olmaq deməkdir.

Bu yolda hələ neçə ailə parçalanmalı, neçə insan ölməli, neçə körpə atasız-anasız qalmalıdır ki, kimsə bu faciəyə “dayan!” desin?

Bu gün Lənkəranda baş verən qəza yenə sübut etdi ki, Ələt-Astara magistralı Azərbaycanda ən təhlükəli yollardan biridir. Və bu yolun faciələri bitməyəcək – dövlət ciddi tədbirlər görməyincə!

İlqam Cəbiyev

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://dogru.az
archiveBu xəbər 20 İyun 2025 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri