Icma.az
close
up
RU
Oğlundan İlyas İsmayılovun vəsiyyəti ilə bağlı açıqlama Sədr kim olmalıdır?

Oğlundan İlyas İsmayılovun vəsiyyəti ilə bağlı açıqlama Sədr kim olmalıdır?

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

O, son vaxtlar işlərinin çox olması səbəbindən partiyada baş verənləri izləyə bilmədiyini söyləyib. 

"Əslində atamın rəhbərlik etdiyi Ədalət Partiyasında onun vəfatından sonra nələrin baş verməsi haqqında ətraflı bilgim yoxdur. Ona görə də proseslərə müdaxilə etmək haqqında düşünməmişəm. İddia edirlər ki, guya İlyas bəyin vəsiyyəti var və s. Kimsə israrla vəsiyyətin olduğunu deyirsə, mütləq onu göstərməlidir. Ortada fakt, sənəd yoxdursa, bu iddiallar əsassızdır".

Ölkə.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun ABŞ-də yaşayan oğlu Mətin İsmayılov siyasi təşkilatda baş verən qalmaqala münasibət bildirərkən deyib.

O, son vaxtlar işlərinin çox olması səbəbindən partiyada baş verənləri izləyə bilmədiyini söyləyib: "Sadəcə olaraq, vəsiyyət haqqında yayılan söhbətləri eşitmişəm. Atamın sağlığında partiyaya özündən sonra kimin sədrlik edəcəyi ilə bağlı heç vaxt söhbət etməmişəm. İndi eşidirəm ki, partiyanın qərargahı ilə bağlı söz-söhbətlər var. Meydan Babayevin (ali məclisin sədri) adı çəkilir. Amma o adamı tanımıram. Eyni zamanda Mütəllim Rəhimlinin (sədr müavini) partiyadan çıxarılması qərarına münasibətim çox pisdir”.

Mətin İsmayılov atasının və özünün Mütəllim Rəhimliyə böyük hörmətinin olduğunu bildirib: "Onun partiyadan çıxarılması nəyə əsaslana bilər ki? O adamların çıxardığı qərarlar düzgün deyil. İlyas bəyin ailə üzvü kimi partiyada baş verənlərə müdaxilə etmək imkanlarım məhduddur. Anam da heç vaxt partiya işləri ilə maraqlanmadığına görə indi də bu məsələyə müdaxilə etməyəck. Həm də o xəstə adamdır, durub bu işlərə qarışacaq halda da deyil”.

Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib.

Hazırda siyasi təşkilatın rəhbəri vəzifəsi boşdur. Partiya qurultay keçirib, yeni sədr seçməlidir. Amma bu məsələ "Ədalət"də ciddi fikir ayrılığı və qarşıdurma yaradıb.

Partiyanın sədr müavini M.Rəhimli qurultayın keçirilməsini istəyir, Ali Məclisin sədri Meydan Babayev buna qarşı çıxır. Tərəflər bir-birlərinin qərarlarını tanımırlar. Siyasi Şura M.Rəhimlinin Ədalət Partiyasından xaric olunması barədə qərar çıxarıb. Ali Məclis bu qərarı dəstəkləyib.

İndiyədək dörd nəfər - Mütəllim Rəhimli, Meydan Babayev, partiya sədrinin humanitar məsələlər üzrə müavini Vüsalə Dadaşova və Ali Məclis sədrinin birinci müavini Elçin Qurbanov liderlik iddiasını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Aprel 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see154

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see140

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see139

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see129

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see128

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see121

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see121

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see120

Süni intellekt kamerasından istifadə etməklə ilk əməliyyat...

11 Sentyabr 2025 22:45see119

ABŞ Konqresində UNO dinləmələri

12 Sentyabr 2025 01:19see116

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri