“İmam Hüseyn” bölməsinin komandiri öldürüldü Siyahıda başqa kimlər var?
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində İranın “İmam Hüseyn” bölməsinin komandirlərindən biri olan Əli Müslim Təbəcə və bir neçə yüksək rütbəli şəxs zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Təbəcə İsrailə qarşı əməliyyatların planlaşdırılmasına və həyata keçirilməsinə cavabdehlik daşıyan əsas komandirlərdən biri hesab olunurdu. Bildirilir ki, o həm “İmam Hüseyn” bölməsində, həm də “Hizbullah”ın strukturunda mühüm rol oynayıb. Təbəcə uzun illər ərzində hər iki təşkilatda müxtəlif hərbi vəzifələrdə çalışıb və bir müddət bölmənin komandir müavini vəzifəsini də icra edib.
Həmin zərbə nəticəsində “İmam Hüseyn” bölməsinin komandir müavini Cihad əl-Səfir, pilotsuz uçuş aparatları üzrə zabit Saqer əl-Həndəs və digər yüksək rütbəli komandirlərin də öldürüldüyü açıqlanıb.
Əliyar Xəlil
Baxış sayı:128
Bu xəbər 12 Mart 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















