Icma.az
close
up
RU
İmamverdi İsmayılov haradadır? “Zəngilandan olan şəhidin dəfnində başqa rayonun deputatı iştirak edirsə, artıq şərhə ehtiyac yoxdur...”

İmamverdi İsmayılov haradadır? “Zəngilandan olan şəhidin dəfnində başqa rayonun deputatı iştirak edirsə, artıq şərhə ehtiyac yoxdur...”

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Altı ay ərzində deputat İmamverdi İsmayılovun fəaliyyəti barədə məndən soruşulursa, deməli, vəziyyət məlumdur. Bu gün də, Zəngilan və Qubadlı sakinləri hər hansı mövzuda sualları olanda ilk mənimlə əlaqə saxlayırlar. Sadəcə, etik səbəblərdən adlar çəkməyim doğru olmaz. Məsələn, bu dairənin sakinlərini, xüsusən, Qubadlı camaatını ən çox düşündürən suallardan biri köç prosesinin nə zaman başlayacağıdır. Nə rəsmi, nə qeyri-rəsmi olaraq heç bir məlumat ala bilmirlər. Vətəndaşların problemləri yuxarı instansiyalara çatdırılmır. Çox kiçik bir sorğu keçirməklə vəziyyətin nə yerdə olduğunu, deputata qarşı münasibətlərinin necəliyini aydınlaşdıra bilərsiniz”.

Bu sözləri Pravda.az-a jurnalist, deputatlığa keçmiş namizəd İntiqam Valehoğlu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılovun fəaliyyəti barədə danışarkən deyib.

“Seçicilər, ümumiyyətlə, deputata müraciətin faydasız olduğunu bildikləri üçün belə bir addım atmırlar. Əgər Zəngilandan olan şəhidin dəfnində başqa rayonun deputatı iştirak edirsə, artıq şərhə ehtiyac yoxdur. Bu müddət ərzində xeyir-şər məclislərində gördüyüm həmyerlilərimdən “İmamverdi İsmayılovu gördüm” deyənini eşitməmişəm. Hətta dairənin nəticələrini böyük çətinliklə bu adamın xeyrinə saxtalaşdırmaqda böyük "əməyi" olan şəxslər sonradan məndən üzrxahlıq edirlər”, - o bildirib.

Xatırlatma: İntiqam Valehoğlu 2024-cü ilin 1 sentyabrında Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin bitərəf namizədi kimi İmamverdi İsmayılovun ən güclü rəqibi idi. İ.İsmayılov 7-ci dəfə də deputat olub.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see140

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see134

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see130

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see124

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see121

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see121

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see121

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see121

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see120

Paytaxt klubunda kapitanla yeni müqavilə

03 İyun 2025 01:13see120

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see119

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see118

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see118

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Benzin qiymətlərinə endirim: Yeni MƏBLƏĞ

03 İyun 2025 01:00see115

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşə açıqdır, amma…

02 İyun 2025 22:18see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri