IMF Argentinanın 20 milyard dollar kredit almasını təsdiqləyib
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Valyuta Fondu (IMF) Argentinaya 20 milyard dollar kredit ayrılmasını təsdiqləyib, ilk tranş 12 milyard dollar təşkil edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo mətbuat konfransında bildirib.
"Biz IMF-dən dərhal 12 milyard dollar məbləğində tranş alacağıq. Bu pullar çərşənbə axşamı, 15 aprel tarixində daxil olacaq", – o söyləyib və əlavə edib ki, ölkə iyunda daha 2 milyard dollar alacaq.
Argentina hökuməti dəqiqləşdirib ki, proqramın müddəti 10 ildir, bunun 4,5 ili güzəştli dövr təşkil edəcək. "Bu proqram mərkəzi bankın ehtiyatlarını gücləndirmək üçün istifadə olunacaq", – prezident administrasiyasının bəyanatında deyilir.
İqtisadiyyat naziri həmçinin bildirib ki, iyunadək Argentina digər beynəlxalq təşkilatlardan daha 3,6 milyard dollar almağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















