Icma.az
close
up
RU
IMF Azərbaycanın dövlət borcuna dair proqnozunu 2031 ci ilə qədər yeniləyib

IMF Azərbaycanın dövlət borcuna dair proqnozunu 2031 ci ilə qədər yeniləyib

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu daha əvvəl proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 28 %-nə qarşı 27,6 % təşkil edəcək.

“Report” IMF-ə istinadən xəbər verir ki, bu göstəricinin ortamüddətli perspektivdə sabit qalacağı gözlənilir.

Proqnoza əsasən, 2026-cı ildə dövlət borcunun ÜDM-dəki payı 28,6 %-ə (əvvəlki proqnoz - 28,9 %), 2027-ci ildə 28,9 %-ə (əvvəlki proqnoz – 29 %), 2028-ci ildə 29,1 %-ə (dəyişməyib), 2029-cu ildə 29,6 %-ə (əvvəlki proqnoz - 29,3 %), 2030-cu ildə isə 29,4 %-ə (daha əvvəl proqnozlaşdırılmayıb) çatacaq.

Dövlət zəmanətləri nəzərə alınmadan yalnız dövlət borcuna nəzər salsaq, onun ÜDM-dəki payı proqnoz dövründə də sabit qalaraq 2025-ci ildə ÜDM-in 21 %-nə (əvvəlki proqnoz - 21,4 %), 2026-cı ildə ÜDM-in 22,2 %-nə (əvvəlki proqnoz - 22,4 %), 2027-ci ildə ÜDM-in 22,7 %-nə (dəyişməyib), 2028-ci ildə ÜDM-in 23,1 %-nə (dəyişməyib), 2029-cu ildə ÜDM-in 23,8 %-nə (əvvəlki proqnoz - 23,5 %), 2030-cu ildə isə dəyişməyərək ÜDM-in 23,8 %-nə (əvvəllər proqnozlaşdırılmayıb) bərabər olacaq.

IMF-nin məlumatına görə, 2024-cü ildə ümumi dövlət və dövlət zəmanətli borc ÜDM-in 27,6 %-ni təşkil edib.

Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 29,004 milyard manata (ÜDM-in 22,2 %-i), 2026-cı ildə isə 32,7 milyard manata (proqnozlaşdırılan ÜDM-in 20,1 %-i) çatacaq.

Rəsmi statistikaya əsasən, 2025-ci il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26,628 milyard manat təşkil edib. Bunun 8,627 milyard manatı (5,075 milyard ABŞ dolları) və yaxud ÜDM-in 6,6 %-lik hissəsi xarici borcun, 18,001 milyard manatı və yaxud ÜDM-in 13,8 %-lik hissəsi isə daxili borcun payına düşür.

Xarici borcun ödəniş müddətlərinə görə strukturuna nəzər saldıqda, 49 %-nin növbəti 5 il ərzində, 44,2 %-nin 5 ildən 10 ilə qədər, 5,9 %-nin isə 10 ildən artıq müddətdə ödənilməsi planlaşdırılır.

Kreditorlar üzrə bölgüyə əsasən, xarici borcun 63,3 %-i çoxtərəfli maliyyə institutlarının, 27 %-i beynəlxalq bazarlarda yerləşdirilmiş avroistiqrazların, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarının payına düşür. Azərbaycanın ən böyük xarici kreditorları Asiya İnkişaf Bankı (35,1 %), avroistiqraz sahibləri (27 %) və Dünya Bankıdır (15,8 %).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Aprel 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see174

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see161

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see142

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see137

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see134

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see126

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see124

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see122

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri