Icma.az
close
up
RU
IMF dən Mərkəzi Bank barədə hesabat

IMF dən Mərkəzi Bank barədə hesabat

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) pul-kredit siyasətinin transmissiya mexanizmini gücləndirməyi davam etdirməlidir.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında deyilir.

Valyuta Fondunun məlumatına görə, 2022-ci ildə tətbiq edilən yeni likvidlik idarəetmə alətləri əsas faiz dərəcəsinin banklararası bazara ötürülməsinin yaxşılaşmasına kömək edib. Xüsusilə, təminatsız banklararası kredit bazarında aktivlik artıb və bir günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 2023-cü ilin noyabrından sabit şəkildə AMB-nin faiz dəhlizi daxilində qalır.

Məlumata əsasən, AMB həmçinin pul-kredit siyasəti sahəsində kommunikasiyanı gücləndirib, o cümlədən makroiqtisadi proqnozlarını dərc edib.

IMF əldə edilmiş uğurları artırmağı və təminatlı banklararası bazarlarda prosedurların sadələşdirilməsi və kommunikasiyanın keyfiyyətinin daha da artırılması daxil olmaqla transmissiya mexanizminin təkmilləşdirilməsini davam etdirməyi tövsiyə edir. Fondun ekspertlərinin fikrincə, bu addımlar pul-kredit siyasətinin effektivliyini artıracaq, milli valyutaya inamı gücləndirəcək və ortamüddətli perspektivdə inflyasiyanın hədəflənməsinin hibrid rejiminə keçidi üçün zəmin yaradacaq.

Bundan başqa, IMF-nin hesabatında dövlət borcunun idarə edilməsi əməliyyatları ilə AMB-nin likvidliyin idarə edilməsi üzrə fəaliyyəti arasında daha sıx koordinasiyanın vacibliyi vurğulanıb:

“İnflyasiyanın hədəf diapazonu daxilində gözlənilən sabitləşməsini nəzərə alaraq, biz ayıq-sayıq qalmaqla, aparıcı göstəricilərə arxalanaraq və yeni məlumatlara operativ reaksiya verməyə hazır olmaqla, cari pul siyasətini saxlamağı tövsiyə edirik”.

Hesabat müəllifləri həmçinin qeyd edirlər ki, son inflyasiya artımı qismən tənzimlənən qiymətlərin korrektəsi ilə bağlıdır: “Buna baxmayaraq, AMB-nin real yenidən maliyyələşdirmə dərəcəsi ümumiyyətlə neytral olaraq qalır”.

Bununla belə, onların fikrincə, daxili risklər - o cümlədən büdcə xərclərinin və kredit fəallığının artması tərəfindən inflyasiya təzyiqi - həmçinin geosiyasi qeyri-sabitlik və qlobal təchizat zəncirlərində fasilələr daxil olmaqla xarici amillər qalır.

“Bu baxımdan AMB yüksək hazırlıq dərəcəsini qorumalı, riskləri diqqətlə izləməli və onların mümkün reallaşmasına operativ reaksiya verməlidir”, - hesabatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Aprel 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri