Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“İmişli” imiş ki…

“İmişli” imiş ki…

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Hədəf tapılıb, “günah keçisi” müəyyənləşdirilib. Bu, “İmişli”dir!

AFFA-nın, PFL-in mübarək obrazı göz qamaşdırır son iki gündə.

Onlar var-güclə çalışıb Premyer Liqada klub sayının 12-ə qaldırılmasına qərar verdilər. Bu möhtəşəm qərardır!

Nəticədə “İmişli” və “Karvan-Yevlax” Azərbaycan Premyer Liqasına yüksəldi.

Gələn həftə liqa başlayır, ancaq bu klublar nə komanda kimi formalaşıb, nə klub kimi. Həm İmişlidə, həm Yevlaxda stadion ola-ola hazır vəziyyətə gətirə bilmədilər.

“Karvan-Yevlax” hələlik Şamaxıda oynayacaq (?). “İmişli”yə isə əvvəlcə İmişlidəki stadionun həvalə olunduğu deyilsə də, hansısa səbəblərdən təmirdən imtina edilib, sonra Ağsu stadionu gündəmə gəlib, o da düzəlməyib, ardınca Quba… “İmişli”nin yarıtmadığı deyilir.

Deyilir. Çünki bu qədər proses nə AFFA, nə PFL tərəfindən ictimailəşdirilib. Klubda isə hələ də mətbuat xidməti belə yoxdur. Beləcə orda nələrin baş verdiyini öyrənmək, yazmaq media üçün müşkülə çevrilir.

Son dayanacaq, müvəqqəti də olsa, Şamaxı stadionudur. Ancaq deyəsən “İmişli”nin bu məsələdə də tam həllə nail olması sual altındadır.

Daha detallı sadalayıb, PL-ə yüksələn bu iki diletant klubun həvəskar dərəcəli problemləri fonunda Azərbaycan futbolunun necə pis halda olduğunu bariz göstərmək olar…

Sadəcə, maraqlıdır, niyəsə bütün bu prosesdə “İmişli” “gilyotinə” çəkilir…

Deyilənə görə, klub “Araz Naxçıvan”ın illərdir Naxçıvanda oynamamasını əsas gətirərək AFFA-nı onları da bu qəbildən “başa düşməyə” çağırır.

“Bu nə məsuliyyətsiz klubdur?!”, “Rədd edilsin!” kimi tələblər etməkdə təxminən haqlı olarıq. Çünki klub heç hazır deyil. Üstəlik də ləng tərpənir, əksərən həvəskar, anlaqsız addımlar atır. Ancaq yenə sual yaranır: niyə “Karvan-Yevlax” bir kənarda, “İmişli”yə “döşənir?!”

Situasiya hər ikisi üçün oxşardırsa, buna səbəb nədir?

Yəqin ki, “Karvan-Yevlax”a nisbətən “İmişli” AFFA və PFL-in “biz dediyimizi elə” kimi tələb və ya təkliflərinə amadə olmur. Bu da qurumlarda kluba qarşı qıcıq yaradır, nəticədə “İmişli” daha çox “günahkar olur”, “Karvan-Yevlax” isə “hələ yenidir, düzələr”…

Məsələnin burası nisbətən aydındır. Ancaq əsas aydın olmalı detal başqadır. Belə vəziyyətdə klubun “gilyotinə çəkilməsi” ölkə futbolunun əsas problemindən növbəti dəfə yayınmaqdır.

“İmişli”, “Karvan-Yevlax” və ya hansısa “X” klub – qaydalar işləmirsə, xaos qaçılmazdır. Deməli, klubun günahkara, problemə çevrilməsinin üzdə baiskarı özü olsa da, dərində nöqsan PL-ə buraxanlardadır.

“Axır necəsə eləməlidirlər də” kimi yanaşanlara isə fikir verməyin. O prinsiplə yanaşıb klub sayını artıran AFFA indiki əndirabadi vəziyyətin mantiyasıdır…

“İmişli” və ya “Karvan-Yevlax” ən başdansovdu qərarlar da verə bilər. Bunun belə olmaması üçün ölkə futbolunu idarə edənlər doğru, peşəkar idarəetmədən xəbərdar olmalıdır. O halda PL-ə əyri-üyrü klublar gələ bilməz.

Buna qarşı başqa arqument ola bilməz. Ən yaxşı halda: “AFFA klubu PL-ə buraxır da vay, buraxmır da vay” deyərlər. Onda da belə əhvalatlara hazır olmalıdılar. AFFA-nı, PFL-i qoyub, tamamilə klubların üzərinə yüklənməməlidilər.

Rentabelliyi sıfır olan bir liqada klub saxlayan iş adamına, “onu etməlisən” , “bunu etməlisən” kimi əmravaki göstərişlər vermək deyil ölkə futbolunu idarə etmək. Bəli, o halda da klub deyəcək, “Araz Naxçıvan” Bakıda oynaya bilirsə, biz niyə “xarabalıqlara” “sürgün edilməliyik”?!

Görürsünüzmü, necə absurd boşluqlar var?

Məsələnin top yekunu isə futbola dövlət dotasiyasının olmasıdır. 3 milyon manat (və ya 2.5 milyon) maliyyə yardımı məsələləri əməlli-başlı qarışdırır.

Kimsə öz 2 milyon manatını qoyub dövlətin 3 milyon manatını əldə edir. Nə klubun məsuliyyəti var, nə peşəkarlığı. Axmaq situasiyalara düşən və islah olunması mümkün görünməyən bu klublara hansı əsas və nizamla həvalə olunur o dotasiyalar?

Azərbaycan futbolunun inkişafı məhz sözügedən yardımın tamamilə kəsilməsiylə mümkün ola bilər. Özünü idarə edə bilməyən klublara dövlətin 3 milyonunu etibar etməyin məsuliyyəti açıq qalıb.

Azərbaycan bu məsələdə İsrail nümunəsindən faydalanmalıdır. İdmana (futbola) dövlət maliyyəsindən pul ayrılmamalı, bu sahə rentabelli bazara çevrilməlidir. Onda bilinəcək, “İmişli”, Karvan-Yevlax”, lap elə “Araz Naxçıvan” kimi klublar özünü maliyyələşdirə bilərmi?

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri