İmişli nin icraçı direktoru: Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"İmişli" Misli Premyer Liqasının IV turunda, "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana buraxılmasına görə texniki məğlubiyyətlə üzləşərsə, apellyasiya şikayəti verəcək.
QOL.az xəbər verir ki, bunu "Report"a açıqlamasında bölgə klubunun icraçı direktoru Aqşin Mürsəlov deyib.
O, xoşagəlməz hadisəni bu cür şərh edib:
"İbrahim Əliyevin adı protokolda olmasa da, bütün tərtib olunan siyahılarda yer alıb. Araşdırıb baxsınlar, bu futbolçunun heç bir cəzası və meydana çıxmaqla bağlı qadağası yoxdur. Sadəcə, yekun heyət göndərilərkən, onun adı düşməyib. Fikrimcə, həmin vaxt internetdə yaranan problemə görə belə hal yaşanıb. Təəssüf hissi keçiririk. 90 dəqiqə ərzində qalib gəldiyimiz matça görə 0:3 hesablı texniki məğlubiyyət almaq istəmirik. Belə bir hal baş verərsə, apellyasiya şikayəti verəcəyik. İstəyimiz odur ki, məsələyə ədalətli baxılsın. Bu bir qəza idi, baş verdi".
Klub rəsmisi yaranmış vəziyyətə görə özünü günahkar bilib:
"İstənilən halda, məsuliyyət mənə aiddir. Protokol hazırlanır və ən sonda mənə gəlir, mən də baxdıqdan sonra təsdiq verirəm. Yenə deyirəm, belə bir hal yaşanmamalı idi. Baş veribsə, məncə, ədalətli yanaşılmalıdır. Bu, bilərəkdən baş verməyib. Üstəlik, həmin futbolçunun heç bir cəzası yoxdur. Sadəcə, yanlışlıqla adı siyahıya salınmayıb".
Qeyd edək ki, "Sumqayıt"la qarşılaşan "İmişli" 1:0 hesablı qələbə qazanıb. Lakin Aran təmsilçisi adı protokolda olmayan futbolçunu - İbrahim Əliyevi meydana buraxdığı üçün AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət alacaq.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:42
Baxış sayı:42 Bu xəbər 15 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















