Icma.az
close
up
RU
İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Əliqulular kənd ağsaqqalları ilə görüş keçirdi

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Əliqulular kənd ağsaqqalları ilə görüş keçirdi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Əliqulular kənd ağsaqqalları ilə görüş keçirib.

Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov, millətlərarası münasibətilər üzrə sədrin köməkçisi Adil Kərimov və Əliqulular kənd ağsaqqalları iştirak edib.

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Anım günü ərəfəsindəyik. Ümummilli Liderimiz Heydər Əliyevin, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Çıxışına davam edən Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, son dövrlərdə şuramızda nəzərə çarpacaq dərəcədə tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Hesablama Komissiyasının sədri, "Azərittifaq"ın sədri, Azərbaycan Koperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin yaxından köməyi sayəsində həyata keçirilir. O, Professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırdı. Habelə, bildirdi ki, ağsaqqallara ən yüksək qiyməti Ümummilli liderimiz Heydər Əliyev verərək demişdir: "Ağsaqqallar milli - mənəvi dəyərlərimizin qızıl fondudur!" Ulu Öndərin dediyi qızıl fond sizlərsiniz.

Tədbirdə çıxış edən Vahid Tağıyev cəmiyyətdə ağsaqqalların üzərinə düşən vəzifələrdən danışdı və bu məsələnin çox məsuliyyətli bir iş olduğunu xüsusi olaraq vurğuladı. O, bildirdi ki, Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi az müddət ərzində şura üzvlərinin sayı 1700 nəfəri keçib. Sonra Vahid Tağıyev son dövrlərdə Saleh Səmədovun həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti haqqında məlumat verdi və qeyd etdi ki, qarşıdan gələn "Dünya Azərbaycanlılarının həmrəylik günü" və Yeni il münasibətilə imkansız ailələrə yardım üçün hədiyyələr hazırlanıb. O, yeni formalaşan təşkilatda birləşəm Əliqulular kənd ağsaqqallarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Adil Kərimov tədbirdə çıxış edərək bildirdi ki, bu gün dünya çalxalanır. Amerika və bəzi Avropa ölkələri öz iyrənc niyyətlərini həyata keçirmək üçün hər cür şərəfsiz tədbirlər həyata keçirməyə çalışırlar. Amma unudurlar ki, Azərbaycanın region dövlətləri ilə dostluq siyasəti əbədi və dönməz xətt üzrə inkişaf edir və etməkdədir. Çünki, bu dostluq xalqın, o cümlədən gənclərin və ağsaqqalların dəmir yumruq ətrafında sıx birləşməsi nəticəsində möhkəmlənib.

Əliqulular kənd ərazi təşkilatının idarə heyətinə 9 nəfər üzv, 3 müavin və sədr seçildi. Belə ki, Səxavət Tağıyev, Ramiz Səfərov, Məhəmməd Babayev, Ərzuman Qarayev, Ağa Abdullayev, Məhəmməd Balakişiyev, Tahir Bəşirov, İmamverdi Əliyev, Sərraf Ağayev idarə heyətinin üzvü, onların arasından isə Səxavət Tağıyev- sədr, Məhəmməd Babayev, İmamverdi Əliyev və Sərraf Ağayev müavin seçildilər.

Beləliklə, açıq səsvermə yolu ilə Əliqulular kənd ağsaqqallar təşkilatı təşkil olundu. Onlara uğurlar arzulayırıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri