Icma.az
close
up
RU
İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Gövhəri kənd ağsaqqalları ilə görüş keçirdi

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Gövhəri kənd ağsaqqalları ilə görüş keçirdi

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Gövhəri kənd ağsaqqalları ilə görüş keçirib.

Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov, millətlərarası münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov, rayon şurasının mətbuat orqanı olan "Xalq sözü"qəzetinin baş redaktoru Nizami Aslanoğlu və Gövhəri kənd ağsaqqalları iştirak edirdi.

Görüş 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı/

Görüşdə hörmətli Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Millət vəkili, hörmətli professor Eldar Quliyevin adından və öz adından tədbir iştirakçılarını salamladı. Bildirdi ki, son zamanlar Azərbaycan Ağsaqqallar Şurasının, habelə İmişli rayon Ağsaqqallar Şurasının fəaliyyətində çoxsaylı uğurlar qazanılmışdır.

Bu gün fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri hörmətli professor Eldar Quliyev İmişli rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirir. Yaxın günlərdə İmişli rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvləri Məmi Atakişiyev və Famil İmanov Azərbaycan Ağsaqqallar Şurasının təsis etdiyi ən Ali mükafata, "Fəxri Ağsaqqal" döş nişanına layiq görülmüşdür. İmişli rayon Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından bir daha Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə minntdarlığımızı bildirirəm!

Sonra Saleh Səmədov yeni ərazi təşkilatı olaraq təsis olunan Gövhəri ağsaqqallarını təbrik etdi və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.

Görüşdə çıxış edən Vahid Tağıyev respublikamızda aparılan uğurlu daxili və xarici siyasətdən danışaraq bildirdi ki, hazırada Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər güclü və nüfuzlu dövlətə sahibdir. Azərbaycan ağsaqqalları həmişə olduğu kimi bu gün də dövlətimizə sədaqətlə xidmət edir, uğurların iştirakçısı və təbliğatçısıdır.

Sonra Adil Kərimov, Nizami Aslanoğlu və digərləri qaldırılan məsələlərlə həmrəy olduqlarını qeyd etdilər.

Murad Seyidov təşkilatı məsələlər barədə və Azərbaycan Ağsaqqallar Şurasının əsasnaməsinin müvafiq maddələri haqqında məlumat verdi. Əsasnaməyə uyğun olaraq açıq səsvermə yolu ilə Cəfərov Şamil, Şükürov Vidadi, Şıxalıyev Saleh, Məmmədov Ağaverdi, Hüseynov Mirzə, Musayev Əlhüseyn, Quliyev Şöhrət, Şıxalıyev Əlqasım, Quliyev Kamal idarə heyətinin üzvləri, Cəfərov Şamil sədr, Şıxalıyev Saleh, Məmmədov Ağaverdi, Şıxalıyev Əliqasım isə sədrin müavinləri seçildilər.

Tədbirdə yeni yaranan ərazi təşkilatının sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının döş nişanları təqdim olundu.

Beləliklə Gövhəri kənd ağsaqqallar şurasının ərazi təşkilatı təsis olundu və onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri