Icma.az
close
up
RU
Yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır

Yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi beş fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib. SİA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin dekabrın 9-da keçirilən iclasında “Diplomatik Xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması zamanı müvafiq sənədlər və məlumatlar təhlil olunub, layihənin tənzimləmə predmeti baxımından uyğun bilinən rəy və təkliflər nəzərə alınaraq yekun mətni tərtib edilib. Bundan əlavə, layihə Nazirlər Kabineti tərəfindən müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik Xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv ediləcək. Yeni qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Sosial Sığorta, Dövlət Qulluğu haqqında qanunlar, habelə diplomatik nümayəndəliklərdə və konsulluqlarda çalışan diplomatik xidmət əməkdaşlarına və inzibati texniki xidməti yerinə yetirən şəxslərə dair bir sıra dəyişikliklər ediləcək.

“Qanun layihəsinin qəbulu ilə diplomatik xidmətdə rast gəlinən və 2001-ci il tarixli qanunla tənzimlənməyən bəzi aktual məsələlərə dair hüquqi baza yaradılacaq. Bu dəyişikliklər diplomatik xidmətin müasir tələblərə uyğun tənzimlənməsini təmin edəcək”, - deyə H.Hüseynov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri