Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Ədalətli və beynəlxalq təcrübəyə uyğun siyasət

Ədalətli və beynəlxalq təcrübəyə uyğun siyasət

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra ilk dəfə olaraq, prezident və parlament seçkilərinin bütöv və suveren torparlarımızda keçirilməsi, COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməyimiz, mədəniyyət paytaxtımız Şuşada keçirilən bir çox beynəlxalq tədbirlər bu sıradandır. Əfsuslar olsun ki, 2024 – cü ilin sonları böyük kədər doğuran hadisə ilə hər birimizi sarsıtdı.

2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) istiqamətində hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan xalqını dərindən sarsıtdı. Bu hadisə həm aviasiya təhlükəsizliyi, həm də bölgənin geosiyasi konteksti baxımından ciddi nəticələr doğurdu. Ekipaj üzvlərinin cəsarəti, işlərinin dəqiq və peşəkarlıq ilə yerinə yetirməsi bütün dünya üçün nümunədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2024 – cü il tarixli Sərəncamı ilə AZAL təyyarəsinin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç , təyyarə bələdçisi Əliyeva Hökumə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adını almış, təyyarə bələdçiləri Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. Onların böyük cəsarətinin, şücaətinin, işlərini şərəfli icrasının nəticəsidir ki, bu qədər böyük bir qəzada 29 nəfər sağ qalmışdır. Əminik ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç bir zaman unutmayacaq, onların əziz xatirəsini hər zaman yad edəcək. Bu addım həm də Azərbaycan aviasiyasının peşəkarlığını və təhlükəsizlik standartlarına bağlılığını vurğulayır. Eyni zamanda, bu təltiflər cəmiyyətə milli dəyərlərin, Vətənə xidmətin və fədakarlığın əhəmiyyətini nümayiş etdirərək gələcək nəsillər üçün nümunə rolunu oynayır.

Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına mü­sahibəsi hadisəyə münasibətlərin reallıq prizmasından təhlili kimi tarixləşdi. Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Zirvə görüşünə uçarkən AZAL-a məxsus sərnişin təyyarəsinin Qaza­xıs­tanın Ak­tau şəhəri yaxınlığında qəzaya uğramasına görə Bakıya qayıdan dövlət başçımızın gös­tə­rişi ilə Döv­lət Komissiyasının yaradılması, Azərbaycan Baş Prokurorluğunun cinayət işi açması bu cinayətin baş vermə səbəblərini və necə baş verdiyinin açılmasını təmin edəcəkdir. Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə faciənin detallarını, rəsmi mövqeyi və gələcək addımları ətraflı şəkildə açıqladı. Azərbaycan Respublikasının Prezidenti diqqətə çat­dıraraq bildirir ki, “Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versi­ya­lar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək is­­təyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Tə­bi­idir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona gö­rə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ic­ti­maiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, bi­rin­ci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik...” Cənab Prezident Azərbaycanın bu məsələni beynəlxalq ekspertlərin iştirakı ilə obyektiv araşdırma tələb etdiyini də vurğuladı. Rusiya tərəfindən daha çox öz nümayəndələrindən ibarət olan Dövlətlərarası Aviasiya Komitəsinin bu araşdırmaya rəhbərlik etməsi təklif edilsə də, bu, bizim tərəfdən qəbul edilmədi. Azərbaycan hökuməti, məsələnin tam təfərrüatlarının üzə çıxması üçün “qara qutu”ların təhlilini və obyektiv beynəlxalq araşdırmanı dəstəklədi.Bu qərar DAK-ın Rusiya məmurları ilə sıx əlaqələrinə və obyektivliyə olan inamsızlıqla əsaslandırıldı. Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən DAK-ın nümayəndələri ilə yanaşı, təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının ekspertlərinin iştirakı ilə beynəlxalq işçi qrup yaradıldı. Dövlət başçısı müsahibəsində “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatlarının üzə çıxacağını qeyd etmişdir. Həmçinin, Azərbaycan Prezidenti təyyarə ekipajının peşəkarlığını yüksək qiymətləndirmişdir. Təyyarənin idarə olunmaz vəziyyətdə olmasına baxmayaraq, ekipaj qəza enişi etməyə nail olub, nəticədə sərnişinlərin çoxu xilas edilmişdir.

Hadisə zamanı Qazaxıstan xilasediciləri və tibb personalı tərəfindən göstərilən yardım Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısı Qazaxıstan hökuməti və vətəndaşlarının həmrəylik nümayişinin iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini vurğuladı.Prezident İlham Əliyev , sərnişinlərimizin təhlükəsizliyini prioritet hesab edərək Rusiyanın yeddi şəhərinə uçuşların müddətsiz dayandırıldığından da bəhs etdi.Azərbaycan tərəfi hadisə ilə bağlı Rusiyadan üzr istəməyi, günahkarların cəzalandırmasını və həm dövlətə, həm də zərərçəkənlərə təzminat ödənilməsini tələb etdi. Prezident İlham Əliyev bu şərtlərin ədalətli və beynəlxalq təcrübəyə uyğun olduğunu vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi cinayət haqqında ictimaiyyəti də, dünya ictimaiyyətini də cinayətlə bağlı gerçəklik­lərlə ətraflı məlumatlandırdı.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri