Icma.az
close
up
RU
İmişlidə Pasxa bayramı qeyd edilib

İmişlidə Pasxa bayramı qeyd edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişli, 20 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Pasxa bayramı münasibətilə İmişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı və Rus icmasının üzvlərinin iştirakı ilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi, ərazi təşkilatlarının sədrləri və İmişli rayonu Rus icmasının çoxsaylı üzvləri iştirak ediblər.

İmişli rayonunda rus icmasının sədri Lyudmila Beteva tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib.

Digər çıxış edənlər də Azərbaycanda tolerantlığın bərqərar olunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin misilsiz olduğu və hazırda bu siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirildiyi diqqətə çatdırıblar.

Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov milli və dini münasibətlərdə tolerantlığın mühüm əhəmiyyətini önə çəkərək şuranın fəaliyyətində bu dəyərlərə xüsusi diqqət yetirildiyini qeyd edib.

O, Pasxa bayramının mahiyyəti və onun müasir dövrümüz üçün tərbiyəvi əhəmiyyətindən danışıb. Həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan millətlərarası münasibətlərdən bəhs edilib. Bu gün də ölkəmizdə tolerantlıq, multikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.

Tədbir musiqili bayram konserti ilə davam edib.

Sonda rus icmasının üzvlərinə bayram sovqatları hədiyyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Aprel 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri